Kişi basketbolçulardan ibarət “Sabah” klubu FİBA Avropa kubokunda mübarizəyə başlayır.
İdman.biz xəbər verir ki, təmsilçimiz qrup mərhələsindəki ilk matçını bu gün keçirəcək.
Bakı klubu Belçikada yerli “Spirou” ilə üz-üzə gələcək. G qrupunun qarşılaşması Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
Qeyd edək ki, G qrupunda Yunanıstanın “Marussi” və İsveçin "Norçepinq Dolfins" komandaları üz-üzə gələcək. Bu matç Bakı vaxtı ilə saat 21:15-də başlayacaq.
FIBA Avropa kuboku
Qrup mərhələsi, G qrupu
I tur, 9 oktyabr
22:30. “Spirou” (Belçika) – “Sabah” (Azərbaycan)
Hakimlər: Karsten Ştraube (Almaniya), Hrvoe Kavar (Bosniya və Herseqovina), İan Makdonald (Böyük Britaniya)
“Şarlerua Doum”
İdman.biz