AZ

Naxçıvan SİF-in ehtiyatlarının qalığı artıb

Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fonduna (SİF) qaytarılan güzəştli kreditlər üzrə daxilolmalar, eləcə də Fondun ehtiyatlarının qalığı artıb.

İqtisadiyyat.az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov İqtisadiyyat Nazirliyinin 2024-cü ilin 9 ayında fəaliyyətinin nəticələri barədə hesabatı təqdim edərkən deyib.

Onun sözlərinə görə, SİF-in bu ilin 9 ayı ərzində verilən güzəştli kreditlərin 15,0 milyon manatının geri qaytarılması təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 dəfə çoxdur:

“2024-cü ilin 9 ayı ərzində 10,3 milyon manat vaxtı keçmiş kreditin qaytarılması təmin edilib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə  17,1 dəfə çoxdur.

Nazir müavini həmçinin söyləyib ki, SİF-in ehtiyatlarının qalıq məbləği 1 yanvar 2024-cü il tarixə olan 6,7 milyon manatdan 2,8 dəfə artaraq 1 oktyabr 2024-cü il tarixə 18,6 milyon manata çatıb.

Qeyd edək ki, hazırda Sahibkarlığın İnkişafı Fondu Naxçıvanda fəaliyyət göstərən 3 bank və 1 bank olmayan kredit təşkilatı ilə sahibkarlıq subyektlərinin güzəştli şərtlərlə maliyyə dəstəyindən istifadə etməsi üçün əməkdaşlıq edir, bu istiqamətdə 2 yeni kredit təşkilatı ilə işlər davam etdirilir.

Seçilən
26
1
iqtisadiyyat.az

2Mənbələr