AZ

Azərbaycanın amfibiya təyyarəsi İzmir-Aliağa istiqamətindəki meşə yanğınlarına cəlb olunub

Azərbaycanın
Fövqəladə Hallar Nazirliyinin (FHN) “BE-200ÇS” amfibiya tipli təyyarəsi Türkiyədə yanğınsöndürmə əməliyyatını davam etdirir. Bu barədə 1news.az-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasındakı meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə Türkiyəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir. "Əməliyyat çərçivəsində təyyarə ötən gün İzmir-Aliağa istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunaraq yanğınsöndürmə işlərini həyata keçirib", - məlumatda qeyd olunub.

Seçilən
51
49
1news.az

10Mənbələr