AZ

Almaniya nasizmi Fransa separatizmi ilə qarşıdurmada TƏHLİL

Bu gün dünyanın hər yerində münaqişələr, qanlı müharibələr, vətəndaş qarşıdurmaları baş verməkdədir. Vəziyyətin ağırlığından, faciəvi xarakter almasından əziyyət çəkən, öldürülən, evləri dağıdılan, didərgin salınan dinc insanlardır. Beynəlxalq aləmdə sülhə və təhlükəsizliyə qarant olduqlarını iddia edən aparıcı dövlətlər isə baş verənləri susmağa üstünlük verirlər. Bu da münaqişələrin və müharibələrin bitməsi əvəzində yeni münaqişə ocaqlarının yaranmasına gətirib çıxarır. Hətta hazırkı mövcud münaqişələrə Polşanın, Belarusun, Moldovanın, Almaniyanın və Fransanın qoşula biləcəyi ehtimalları yaranır. Bu isə nüvə silahının tətbiq olunması riskini artırır. Çünki sözügedən dövlətlərdən dördü nüvə silahına malikdir. Vladimir Putinin “Rusiyasız dünya bizim nəyimizə lazımdır”, - deyərək dünyanı nüvə silahı ilə təhdid etmişdir. Eyni gözlənilən təhlükənin varlığı ilə bağlı Ukrayna prezidenti Vladimir Zelenski də çıxış edib. Zeliniski Rusiyanın digər ölkələrdən Ukraynanın atom elektrik stansiyalarının peyk şəkillərini alır və onlar haqqında məlumat toplayır və Putin hakimiyyətinin Ukrayna atom elektrik stansiyalarına hücum edəcəyi təqdirdə, nüvə təhlükəsi yaranacağını söyləyib. Onu da bildirib ki, Rusiya Ukrayna atom elektrik stansiyalarına zərbələr endirməyə hazırlaşdığını bildirib. Zelenski bunun Avropada yeni bir nüvə fəlakətinə səbəb ola biləcəyini vurğulayıb.

Gözlənilən faciəvi hal ondan ibarətdir ki, bəşəriyyət nüvə təhlükəsi ilə üzləşdiyi məqamda belə problemin həlli üçün ağıllı ideya və tələb ortaya qoyulmur. Bu da dünyanın aparıcı dövlətlərinin başbilənlərinin həddindən artıq böyük iddiaya və təkəbbürə malik olmalarını göstərir. Yəni insanların kütləvi şəkildə öldürülməsi, şəhər və qəsəbələrin dağıdılması onlar üçün maraqsızdır, demək olar ki, əhəmiyyətsizdir.

Almaniya Kansleri Şols Makronu danlayıb

Dünyada hökm sürən xaos və anarxiyanın aradan qaldırmaq əvəzinə bəzi insanlığa düşmən kəsilən iddialı, hikkəli siyasətçilər vəziyyətin daha da ağırlaşmasına təkan verirlər. Xüsusilə də, ABŞ, Almaniya və Fransa əsas qan tökən rolunda çıxış edirlər. Sözügedən dövlətlərin hər biri dünyada baş verən müharibələrin, vətəndaş qarşıdurmaların önündədirlər. Hərəsi tərəflərdən birini silah-sursatla, maliyyə yardımları ilə təchiz edir və müharibələrin daha da alovlanmasına töhfə verirlər. Baxmayaraq Almaniya və ABŞ əhalisinin çoxluğu müharibələrin əleyhinə çıxış edirlər. Almaniyada aparılan rəy sorğusuna görə, əhalinin 63 faizi Ukraynadakı münaqişədə Almaniyanın iştirakının əleyhinədirlər. Siyasi partiyalar arasında “Almaniya üçün alternativ” sağçı radikal partiyasının tərəfdarları Almaniyanın münaqişədə iştirakının əleyhinə digərləri ilə müqayisədə daha çox, “Yaşıllar” partiyasının tərəfdarları isə daha az (müvafiq olaraq, sorğuda iştirak edənlərin 71 faizi və 41 faizi) çıxış edirlər. Avropanın şərqində bu silahlı qarşıdurmada ölkənin neytrallığını daha çox qadınlar (rəyi soruşulan qadınların 73 faizi) üstün tutur, eyni zamanda, kişilər arasında yalnız 51 faiz respondent Almaniyanın hərbi əməliyyatlara cəlb edilməsinə qarşı olduqlarını bildiriblər.

Fransa isə əksinə, Ukrayna müharibəsinin davam etməsi istəyindədir. Bu baxımdan da Fransa Ukraynanı hər cür silah və maliyyə yardımları ilə təchiz edir. Hətta Makron NATO ordularının Ukraynada Rusiyaya qarşı döyüşlərdə iştirak etməsi təklifi ilə çıxış etmişdir. Lakin Almaniya kansleri Olaf Şols Makronun çağırışının təxribat olduğunu və NATO-nun müharibəyə qoşulmayacağını bildirdi. Bu və digər səbəbdən hazırda Almaniya ilə Fransa arasında həlli mümkün olmayan qarşıdurma yaranıb. Bu qarşıdurmanın fonunda Fransanın ötən həftə Ukraynaya dəyəri 2 milyard dollar olan silah göndərəsi və 1 milyard dollar maliyyə dəstəyi göstərməsi Şolsu qəzəbləndirib. ABŞ-nin “New York Times” qəzetinin şərhçisi o fikirdədir ki, Almaniya-Fransa qarşıdurması Avropa Birliyinin dağılmasına gətirib çıxara bilər. Qəzetin iddiasına görə, Fransanın Ukraynaya hərbi, siyasi və maliyyə yardımları da Almaniya kansleri Olaf Şolsu qəzəbləndirib: “Almaniya Ukraynaya Fransadan qat-qat çox maliyyə və hərbi yardım göstərsə də, Rusiya ilə birbaşa qarşıdurmada ehtiyatlı davranır. Bu səbəbdən Ukraynaya uzaqmənzilli raketlər verməkdən imtina edir. Fransadan fərqli olaraq nüvə silahı olmayan Almaniyada əksəriyyət Makronun Berlinin müharibə ilə bağlı tarixi həssaslığına və strateji zəifliyinə məhəl qoymadığı qənaətindədir. Almaniya kansleri Şols az qala Makronu danlayaraq, Ukraynaya Avropa və NATO ölkələrindən hərbçi göndərilməyəcəyini desə də, Fransa lideri ötən gün “odun üzərinə benzin töküb”. O, ölkədəki müxalifət partiyalarının liderləri ilə görüşündə “Rusiya ordusu Kiyev və ya Odessaya hücum edəcəyi təqdirdə, Fransa ordusu bura birbaşa müdaxilə etməli ola bilər”.

Avropa Birliyi dağıla bilər

Fransa ilə Almaniya arasında qarşıdurmanın böyüməsi Avropa Birliyinin dağılmasına gətirib çıxara bilər. Çünki bu iki dövlət Avropa Birliyinin əsas təmsilçiləridir. Qarşıdurma isə birliyin perespektevini sual altında qoyur. Nəzərə almaq lazımdır ki, Böyük Britaniya Fransa ilə qarşıdurmadan bezərək nəhayət də Avropa Birliyini tərk etdi. Məsələyə siyasi ndon geyindirdimək üçün Böyük Britaniya 2016-cı il iyunun 23-də referendum təşkil etdi. Nəticə də ölkə əhalisi Böyük Britaniyanın Avropa İttifaqını tərk etməyə səs vermişdi. Böyük Britaniya və Avropa İttifaqı arasında danışıqlar iki il davam edirdi və Lissabon müqaviləsinin 50-ci maddəsinə əsasən, proses 2019-cu il martın 29-da başa çatmalı idi. Lakin Böyük Britaniya müddəti iki il uzatmaq üçün Avropa Şurasına müraciət edib. Uzun sürən danışıqlar nəticəsində Böyük Britaniya 31 yanvar 2020-ci ildə rəsmi olaraq Avropa İttifaqını tərk etdi. Xatırlatmaq lazımdır ki, Avropa İttifaqı (Aİ) 28 dövləti birləşdirən dövlətlərüstü, eyni zamanda dövlətlərarası iqtisadi və siyasi təşkilatdır. 1951-ci il aprelin 18-də Paris Müqaviləsinə əsasən, Belçika, Almaniya, Fransa, Niderland, Lüksemburq və İtaliya tərəfindən Avropa Kömür və Polad Birliyinin (AKPB) yaradılması ilə indiki İttifaqın əsası qoyulub. 1993-cü il noyabrın 1-də təşkilatın adı dəyişdirildi, fəaliyyət istiqamətinin genişləndirilməsinə dair sonralar sənədlər imzalandı. İdeyanın müəllifi isə Böyük Britaniyanın baş naziri, Uinston Çerçil olub. Baş nazir Birləşmiş Avropa ideyasını Böyük 1946-cı ilin sentyabrın 19-da İsveçrədə, Zürix Universitetində çıxışında səsləndirmişdi. Uinston Çerçil təşkilatının nadının Avropa Birləşmiş Ştatları olamsını təklif etmişdir. Uinston Çerçil bu ideyasının ardınca o zaman konkret tədbirlər görülməmişdi. Daha doğrusu, Çerçil Avropa Birliyi haqqında Britaniyanın rəsmi mövqeyini ifadə etmirdi, çünki Birləşmiş Krallıq özünü qlobal qüvvə hesab edir və onun xarici siyasətinin üstün məsələsini də Amerika Birləşmiş Ştatları və müttəfiqləri ilə (keçmiş və mövcud müstəmləkələri ilə) münasibətləri təqdim edirdi. Qeyd ediləndən irəli gələrək, Böyük Britaniya Avropa Birliyi ideyasına mənfi münasibət göstərirdi. Avropada inteqrasiyanın hesab nöqtəsi 1950-ci ilin mayın 9-u hesab edilir, bu zaman fransız siyasətçisi, Jan Monenin təşəbbüsünün həmin ölkənin xarici işlər naziri, Robert Şuman səsləndirdi və Qərbi Avropanın daş kömür və polad sənayelərinin birləşdirilməsi təklifi ilə çıxış etdi. Jan Monenin təşəbbüsünə əsasən, tarixən barışmaz düşmənlər – Fransa və Almaniya başqa Avropa ölkələri ilə birləşməli idilər ki, daş kömür və poladı təkbaşına emal etməsinlər. Hər hansı bir ölkənin müharibə aparması üçün iki şeyin lazım olduğuna görə: döyüş materialı hazırlanan polad və zavodların və dəmir yolunun enerji ilə təmin edilməsi üçün daş kömür. Bu, çox önəmli resursların istehsalının və satışının ümumi ali milli orqana (“ali hakimiyyətə”) tabe edilməsi əsas məqsədə xidmət edirdi – Almaniya və Fransanın dinc birgə həyatını təmin etsin və bu iki ölkənin iqtisadi və sonralar, siyasi qarşılıqlı münasibətlərini dərinləşdirsin. Nəticədə, 1951-ci ildə Avropa Kömür və Polad Birliyi (European Coal and Steel Community) yaradıldı, buna altı dövlət daxil oldu – Belçika, Qərbi Almaniya, Lüksemburq, Fransa, İtaliya və Niderlandlar.Bu ölkələrdə kömür və polad istehsalı və satışı ilə bağlı məsələləri idarə edəcək “Yüksək Səlahiyyət” (High Authority) adlanan müstəqil supramilli (dövlətlərüstü) orqanın yaradılması qərara alındı. Jan Mone ali hakimiyyətin birinci prezidenti təyin edildi. 1953-cü ildə dəmir, kömür, filiz və dəmir qırıntıları üçün ümumi bazar yaradıldı; elə həmin il, bir az sonra, ümumi polad bazarı da yaradıldı.İki ildən sonra İtaliyanın Messina şəhərində altı ölkənin xarici işlər nazirləri inteqrasiya prosesini (Messina təşəbbüsü kimi də tanınır ) davam etdirmək barədə razılığa gəldilər. Roma Müqaviləsi üçün əsas hazırlayan hökumətlərarası komitə yaradıldı və nəticədə Avropa İqtisadi Birliyinin – EEC-in əsası qoyuldu. 1967-ci ildə Brüssel müqaviləsi ilə (Merger Treaty) sözügedən üç təşkilatın: Avropa Kömür və Polad Birliyinin, Avropa İqtisadi Birliyinin (irəlidə Avropa Birliyi) və “Avroatomun” icraçı orqanlarının – komissiyanın (irəlidə Avropa Komissiyası) və Şuranın bir qurum sistemində birləşməsi baş verdi və bu da “Avropa Birlikləri” adlandırıldı. Adı 1992-ci ildə dəyişdi, Maastrixt müqaviləsinin əsasında və “Avropa Birlikləri” Avropa İttifaqına çevrildi.

O fikir də vurğulanmaldır ki, Avropada müəyyən məsələlərin həllində Avropa Birliyi söz və nəticə sahibinə çevrilməyi bacarıb. Lakin Fransanın və Almaniyanın böyük iddiaları bu qurumun sıradan çıxmasına gətirib çıxara bilər. Daha doğrusu, artıq qarşıdurma birliyin normal fəaliyyət göstərməsinə ciddi əngəllər yartmaqdadır. Bu baxımdan bəzi ekspertlərin də qeyd etdiyi kimi, qarşıdurma nəticə etibarı ilə Avropa Birliyinin dağılmasına gətirib çıxaracaq.

İLHAM ƏLİYEV

Seçilən
16
sesqazeti.az

1Mənbələr