AZ

İctimai nəqliyyatı zibilliyənlərə qarşı cərimə tədbiq olunsun! — ÇAĞIRIŞ

Son zamanlar ictimai nəqliyyatlarda antisanitar qaydalar qorunmur, avtobuslar tullantılarla dolub daşır. Amma bunun üçün xüsusi bir addım atılmır. Virus və bakteriyaların geniş vüsət aldığı bir dövürdə ictimai nəqliyyatda olan natəmizlik insanlarda xüsusi narahatlıq doğurur. Vətəndaşlar bunları edənlərə qarşı xüsusi cərimələrin tətbiq olunmasını da istəyirlər. 

Bəs, niyə ictimai nəqliyyatlarda antisanitar və gigiyenik qaydaların pozulmasına görə hər hansı cərimə tətbiq olunmur? 

Məsələ ilə bağlı Demokrat.az-ın suallarını cavablandıran nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki, nəinki maşından zibil atanlar, ictimai nəqliyyatı da zibilləyənlərə ən ağır cərimə tətbiq edilməlidir:

“Biz küçələrdə gəzərkən yol boyu siqaret kötüklərinin, qutularının digər tullantıları görə bilirik. Eyni zamanda da son dövrlər spirtsiz içkilərin qutularının, şüşələrinin küçələrə atıldığını da müşahidə edirik. Təbii ki, bu, xoşagəlməz haldır. Hətta, bu durum ictimai nəqliyyatda daha çox rast gəldiyimiz haldır. Bunun kompaniya şəklini alması isə zərurətdən yaranıb. Belə hallar xalq olaraq bizim adımıza yaraşmayan hərəkətdir. 

Əgər, kimsə ictimai nəqliyyata tumun qabıqlarını və digər tullantıları atırsa, bu yolverilməzdir. Bu məsələni zamanla işıqlandırmaq lazımdır. İstər media, istərsə də aiddiyyatı qurumlar vəziyyətlı bağlı müvafiq tədbirlər həyata keçirməlidir. 

Düşünürəm ki, nəinki maşından zibil atanlar cərimələnməli, hətta ictimai nəqliyyatı zibilləyənlərə də ən ağır cərimə tətbiq edilməlidir. Bu məsələ nə qədər aktiv olarsa, bir o qədərdə tez həllini tapacaq, ictimai nəqliyyatı zibilliyənlərə qarşı xüsusi reydlər keçiriləcək”.


Mehriban Mirzəzadə
Demokrat.az
Seçilən
28
demokrat.az

1Mənbələr