AZ

Pərvanə Vəliyeva: "Şəhidimiz Elvin Şükürlünün xatirəsi daim qəlblərdə yaşayacaq"

Milli Məclisin deputatı Pərvanə Vəliyeva, bu gün Xətai rayonundan qəhrəman şəhidimiz Şükürlü Elvinin ailəsini ziyarət edib. Açıqlamasında, hərbçi ailəsində böyüyən Elvinin 27 sentyabr 2020-ci ildə qardaşı Elnurla birlikdə Vətən müharibəsində leytenant kimi iştirak etdiyini xatırladıb. Kəlbəcər istiqamətində gedən döyüşlərdə itkin düşən Elvin, 2021-ci il yanvar ayının 22-də 2-ci Fəxri Xiyabanda dəfn olunub.

QHT.az xəbər verir ki, Pərvanə Vəliyeva, Elvinin Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda əziz canını fəda etdiyini vurğulayaraq, "Onların xatirəsi daim qəlblərdə yaşayacaq, qəhrəmanlıqları gələcək nəsillərə nümunə olacaqdır," deyə bildirib. Ziyarət zamanı şəhidin ailəsinə başsağlığı verərək, bu cür qəhrəmanların xatirəsini daima yad etməyin əhəmiyyətini qeyd edib.

Seçilən
25
qht.az

1Mənbələr