AZ

Ukrayna münaqişənin gələn ildən gec olmayaraq başa çatmasını istəyir

Ukrayna

Bakı, 9 oktyabr, AZƏRTAC

Ukrayna münaqişənin 2025-ci ildən gec olmayaraq başa çatmasına ümid bəsləyir.

AZƏRTAC Ukrayna Prezidentinin ofisinin saytına istinadla xəbər verir ki, bunu Prezident Volodimir Zelenski Xorvatiyada keçirilən Ukrayna-Cənub-Şərqi Avropa sammitində deyib.

“Oktyabr, noyabr və dekabr aylarında vəziyyəti sülhə və davamlı sabitliyə doğru irəlilətmək üçün real şansımız var. Döyüş meydanındakı vəziyyət bu seçimi 2025-ci ildən gec olmayaraq başa çatdırmağa imkan yaradır”, - deyə o bildirib.

Zelenski əlavə edib ki, Ukrayna noyabra qədər nizamlanma ilə bağlı yeni konfransda təqdim olunması gözlənilən sənəd hazırlayacaq. Lakin o, konfransın nə vaxt keçiriləcəyini açıqlamayıb.

Seçilən
32
2
azertag.az

6Mənbələr