AZ

“Ronaldo 40 yaşına çatsa da, inanılmaz dərəcədə ambisiyalıdır”

“Barselona”nın hücumçusu Robert Levandovski “Əl-Nəsr”in ulduzu Kriştianu Ronaldodan danışıb.

Sportinfo.az xəbər verir ki, bu barədə “Goal” nəşri məlumat yayıb.

“Kriştianunun nəyə nail olduğunu, karyerası boyunca futbol tarixinə öz rekordları ilə nə dərəcədə təsir etdiyini tam şəkildə anlayıram. Şübhəsiz, bütün bunlar tarixdə qalacaq.

Ronaldo demək olar ki, 40 yaşına çatsa da, inanılmaz dərəcədə ambisiyalıdır”.

Ronaldonun “Əl-Nəsr”lə müqaviləsinin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub. Tərəflər yeni anlaşma ilə bağlı danışıq aparır.

Seçilən
32
sportinfo.az

1Mənbələr