AZ

COP29 QHT Koalisiyası barədə məlumat BMT-nin İnsan Hüquqları Şurasının sessiyasında Videomüraciətlə yayıldı - VİDEO

Bu günlərdə İsveçrənin Cenevrə şəhərində keçirilən BMT-nin Insan Hüquqları Şurası 57-ci sessiya çərçivəsində Azərbaycan Milli QHT Forumunun (AMQF) təşəbbüsü ilə yaradılan COP29 QHT Koalisiyası beynəlxalq platforması barədə AMQF İdarə Heyətinin sədri Ramil İskəndərlinin Videomüraciəti Plenar Sessiya zamanı yayımlanıb.

QHT.az xəbər verir ki, Ramil İskəndərli Videomüraciətində aşağıdakıları bildirib:

“Qeyri-Hökumət Təşkilatlarının Azərbaycanda oynadığı mühüm rolu vurğulamaq istərdim. Son illər Azərbaycanda vətəndaş cəmiyyəti sektorunun gücləndirilməsi istiqamətində addımlar atılır.

İqlim dəyişmələri ilə bağlı artan qlobal çağırışlar fonunda AMQF QHT-lərin həyati vacib rolunu qəbul edərək və İqlim Dəyişmələri üzrə COP29 ilə bağlı xarici QHT-lərin çoxsaylı əməkdaşlıq təkliflərinə cavab olaraq, COP29 QHT Koalisiyasının yaradılmasını təşəbbüs etmişdir.

Bu təşəbbüs böyük marağa səbəb olmuşdur. Artıq 70 ölkədən 335 xarici QHT-nin Koalisiyaya qoşulması Azərbaycan vətəndaş cəmiyyəti üçün qlobal müstəvidə tarixi bir məqam olmuşdur.

COP29 QHT Koalisiyasının əsas məqsədi qlobal platforma olaraq, iqlim dəyişmələri problemlərinin effektiv şəkildə həllinə çalışmaq etmək üçün yerli və beynəlxalq QHT-lər arasında əməkdaşlığı gücləndirməkdir.

COP29 QHT Koalisiyası iqlim dəyişmələri ilə mübarizədə vətəndaş cəmiyyətinin vahid, güclü səsini təmsil edir. Koalisiyanın səyləri nəinki COP29-un nəticələrinə töhfə verəcək, həm də davamlı və möhkəm gələcəyə doğru davam edən qlobal hərəkata töhfə verəcək. Təşəkkür edirəm.”

Seçilən
31
qht.az

1Mənbələr