AZ

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Bərdədə vətəndaşların müraciətlərini dinləyəcək

Kənd

Bakı, 10 oktyabr, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli oktyabrın 18-də, saat 10:00-da Bərdə Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edəcək.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, qəbul zamanı vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi” (1652) və Bərdə Dövlət Aqrar İnkişaf Mərkəzinə (051-993-18-18) zəng etməklə qeydiyyatdan keçə bilərlər. Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Seçilən
41
6
azertag.az

10Mənbələr