AZ

"Real"ın əfsanəsi bu klubu tərk edəcək

Raul Qonzales "Real Madrid Kastilya"nı tərk edəcək.

Sportal.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

O, mövsümün sonunda “Real”a(Madrid) bağlı olan klubun baş məşqçi postunda qalmayacaq.

Artıq bununla bağlı qərarın da verildiyi bildirilir. Onu “Real”ın U-19 komandasına rəhbərlik edən Alvaro Arbeloa olacaq. Raulun isə “Şalke”yə baş məşqçi təyin olunacağı gözlənilir.

47 yaşlı futbol veteranı 1994-2010-cu illərdə "Real"da 550 oyuna çıxıb 228 qol vurub.

saytlarin hazirlanmasi

Seçilən
26
sportal.az

1Mənbələr