AZ

Millət vəkili Göydəniz Qəhrəmanov səyyar qəbul keçirdi -FOTOLAR

Oktyabrın 7-də vətəndaşların müraciətlərinin həlli ilə bağlı Yasamal rayonu 17 Saylı üçüncü seçki dairəsinin sakinləri üçün səyyar qəbul keçirilib.

 

Gundem.az xəbər verir ki, bununla bağlı millət vəkili Göydəniz Qəhrəmanov məlumat verib.

"18 nömrəli tam orta məktəbin akt zalında baş tutan qəbulda Yasamal Rayonu İcra Hakimiyyətinin başçısı cənab Elşad Həsənovla birlikdə iştirak etdik. 

Qəbul zamanı bəzi məsələlər yerindəcə həll edildi, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürüldü.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin həlli ilə bağlı göstərişinə uyğun olaraq mən də öz növbəmdə sakinlərin müraciətlərinin həllinin fəaliyyətimin prioritet istiqaməti olacağını vurğuladım" - deputat bildirib.

 

Ətraflı

 

 

Seçilən
7
1
gundem.az

2Mənbələr