AZ

Türkiyə millisinin tarixi...

style='margin-bottom:10px;'>

Türkiyə millisi sabah Millətlər Liqasının 3-cü turu çərçivəsində Monteneqro ilə qarşılaşacaq.

QOL.az xəbər verir ki, bu matç qardaş ölkənin yığmasının 101 illik tarixində 634-cü oyun olacaq.

Geridə qalan 633 görüşün 348-i rəsmi, 285-i isə qeyri-rəsmi matçlardır. Türkiyə millisi bu oyunlardan 246-da qələbə qazanıb, 149 dəfə heç-heçə edib, 238 dəfə uduzub. 

"Ay-ulduzlular" 271 dəfə səfərdə, 273 dəfə evdə, 89 dəfə neytral meydanda oynayıb. Komanda ümumilikdə 864 qol vurub, 906 qol buraxıb. 

Türkiyə millisi bu günədək 91 fərqli ölkənin komandası ilə qarşılaşıb. Qardaş ölkənin yığması 633 matçın 549-nu Avropa, 34-nü Asiya, 24-nü Afrika, 23-nü Amerika, 3-nü isə Okeaniya təmsilçilərinə qarşı keçirib.

Ən böyük uğur

Türkiyə millisinin tarixinin ən böyük uğuru 2002-ci il dünya çempionatının bürünc medalıdır. Komanda həmin vaxt Şenol Güneşin baş məşqçiliyi atlında 3-cü yer uğrunda matçda Cənubi Koreyanı 3:2 hesabı ilə məğlub etmişdi.

Yığmanın Avropa çempionatlarındakı ən böyük uğuru isə 2008-ci ildə qeydə alınıb. O vaxt Türkiyə millisi yarışda yarımfinala yüksəlməyi bacarıb.

Türkiyə yığması ümumilikdə 2 dəfə dünya çempionatının final mərhələsində, 6 dəfə isə Avropa çempionatının final mərhələsində iştirak edib. 

Ən böyükhesablı qələbələr və məğlubiyyətlər

Türkiyə millisi tarixində 3 dəfə 7 top fərqi ilə qalib gəlib. Komanda 3 dəfə 8 top fərqi ilə uduzub.

20 noyabr 1949-cu il

Türkiyə - Suriya - 7:0

20 iyun 1954-cü il

Türkiyə - Cənubi Koreya - 7:0

10 noyabr 1996-cı il

Türkiyə - San Marino - 7:0

24 aprel 1968-ci il

Polşa - Türkiyə - 8:0

14 noyabr 1984-cü il

Türkiyə - İngiltərə - 0:8

14 oktyabr 1987-ci il

İngiltərə - Türkiyə - 8:0

Montellanın dövrü

Monteneqro ilə görüş Türkiyə millisinin hazırkı baş məşqçisi Vinçenzo Montellanın rəhbərliyi altında 16-cı oyunu olacaq. Əvvəlki 15 oyundan 10-u rəsmi, 5-i isə qeyri səmi görüş kimi qeydə alınıb. Komanda bu qarşılaşmalardan 7-də qələbə qazanıb, 3-də heç-heçə edib, 5-də isə uduzub.

Türkiyə millisi Avro-2024-ün final mərhələsində 1/4 finaladək irəliləyib. Yığma yarışda Gürcüstanı 3:1, Çexiyanı 2:1, Avstraliyanı  2:1 hesabı ilə üstələyib. Komanda Portuqaliyaya 0:3, Niderlanda 1:2 hesabı ilə uduzub.

Qeyd edək ki, Türkiyə ilə Monteneqro arasındakı görüş sabah "Samsun 19 Mayis" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Seçilən
7
1
teleqraf.com

2Mənbələr