AZ

Kadırov Dövlət Dumasının iki deputatına və milyarder Kərimova qarşı qan davası elan edib

Çeçenistan rəhbəri Ramzan Kadırov iki inquş mühafizəçisinin ölümü ilə nəticələnən “Wildberries”-in Moskva ofisində baş verən atışmaya ilk dəfə münasibət bildirib. O, öz Telegram- kanalında rəsmi olaraq qan davası elan edib və Dövlət Dumasının deputatları Bekxan Baraxoyev, Rizvan Kurbanov və senator Süleyman Kərimovu ona qarşı sui-qəsddə ittiham edib.

Kadırov “çeçenlər”lə kadırovçuları bölənlərın mövqeyinə də münasibət bildirib: “Biz çeçenlərə qarşı deyilik, kadırovçulara qarşıyıq, deyirlər. "Mən əsas Kadırovçuyam" deyən Çeçenistan rəhbəri vurğuladı və narazıları ona qarşı qan davası elan etməyə çağırdı: "Aranızda kim cəsarətlidirsə, mənə qarşı qan davası elan etsin. Mən də sizə Kadırovun nəyə qadir olduğunu göstərəcəyəm”. O, həmçinin tənqidçilərinə saqqallarını qırxacağına və başlarında "quyruqlar" edəcəyinə söz verdi.

Kadırovun sözlərinə görə, Dövlət Dumasının deputatları Bekxan Baraxoyev və Rizvan Kurbanov, həmçinin senator Süleyman Kərimov onun qətlini planlaşdırıblar: “Onların öz biznesləri var və biznesi nəinki bu qadından (Wildberries-in təsisçisi Tatyana Kim) alıblar, hətta mənim öldürülməyimi sifariş ediblər”.

Çeçenistan rəhbəri onlara qarşı rəsmən qan davası elan edib: “Mən Bekxan Baraxoyev, Süleyman Kərimov və Rizvan Kurbanova qarşı rəsmən qan davası elan edirəm. Mən qafqazlıyam, çeçenəm, özümünkünü evə gətirirəm”. O, həmçinin qeyd edib ki, sui-qəsdi təsdiq edə biləcək şahidləri var.

Almaz Həsənli

Seçilən
31
19
oxumeni.az

10Mənbələr