AZ

Tennisin əfsanəsi karyerasını bitirdi

İspaniyalı tennisçi Rafael Nadal peşəkar karyerasını bitirdiyini açıqlayıb.

Publika.az xəbər verir ki, “Böyük Dəbilqə” turnirlərinin 22 qat qalibi bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində videomüraciət yayıb.

Videoda idmançı pərəstişkarlarına müraciət edərək 12 dildə onlara təşəkkür edib. O, noyabrın 19-24-də Malaqada keçiriləcək Devis Kubokundan sonra idmandakı səyahətini başa vuracağını bildirib.

Qeyd edək ki, Nadal İspaniya millisinin tərkibində artıq 5 dəfə (2004, 2008, 2009, 2011, 2019) Devis Kubokunu qazanıb.

Seçilən
10
publika.az

1Mənbələr