AZ

“Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın məqsədi və prioritet istiqamətləri açıqlandı

Bakı. Trend:

“Su ehtiyatlarından səmərəli istifadəyə dair MilliStrategiya”nın məqsədi və prioritet istiqamətləri açıqlanıb.

Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi“Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”daəksini tapıb.

Milli Strategiyanın hazırlanmasında əsas məqsəd ölkədə sutəhlükəsizliyinin qorunması, onun dayanıqlığının artırılması və busahədə müasir idarəetmə sisteminin qurulmasıdır.

Bununla əlaqədar olaraq aşağıdakı prioritet istiqamətlər müəyyənedilib:

Su ehtiyatlarının qiymətləndirilməsi vəproqnozlaşdırılması sisteminin təkmilləşdirilməsi

Ölkənin su ehtiyatları hidroloji və hidrogeoloji tədqiqatlarlayenidən qiymətləndiriləcək, monitorinq stansiyalarırəqəmsallaşdırılacaq, məlumatların real vaxt rejimində emalı,habelə risklərin simulyasiyası və rəqəmsallaşması təminediləcəkdir. Bununla ölkənin su ehtiyatları barədə real təsəvvürformalaşacaq, iqlim dəyişmələrinin təsirləri nəzərə alınaraqdayanıqlı su mənbələrindən istifadəyə zəmin yaradılacaqdır.

Su ehtiyatlarının effektiv idarə edilməsi

Su ehtiyatlarının idarə olunması milli və hövzə səviyyələrindəSu Ehtiyatlarının İnteqrasiyalı İdarə Edilməsi (SEİİE) və ÇayHövzəsinin İdarəçiliyinin Planlaşdırılması (ÇHİP) prinsiplərinəuyğunlaşdırılacaqdır. Azərbaycanda hazırkı su idarəçiliyisistemində SEİİE prinsiplərini daha yaxşı əks etdirmək üçünbeynəlxalq təcrübə öyrəniləcəkdir. Mövcud idarəetmə sistemi ölkədəsu təsərrüfatları və su hövzələri səviyyələrindəoptimallaşdırılacaq, dövlət−özəl tərəfdaşlığının inkişafetdirilməsi sayəsində idarəetmənin səmərəliliyi artırılacaq,sosial-iqtisadi vəziyyət və investisiya qoyuluşu nəzərə alınmaqlatariflər diferensiallaşdırılacaqdır. Su ehtiyatlarının hövzədaxilivə hövzələrarası inteqrasiyalı idarə edilməsinə nailolunacaqdır.

Su ehtiyatlarından səmərəli istifadə

Suların dövlət uçotu sistemi təkmilləşdiriləcək və qanunsuzmüdaxilələrin qarşısı alınacaqdır. Müasir suvarma üsullarınıntətbiqi genişləndirilərək 2027-ci ildə ölkə üzrə 10 faizəçatdırılacaqdır. Şirin su ehtiyatlarının artırılması məqsədilə 4yeni su anbarı yaradılacaq, su təchizatı infrastrukturunungenişləndirilməsi nəticəsində içməli su təminatı 85 faizə, suvarmasuyu təminatı isə 90 faizə çatdırılacaq, alternativ sumənbələrindən istifadə təşviq ediləcək, sayğaclaşma səviyyəsinin100 faizə çatdırılmasına, içməli su təchizatı üzrə itkilərin 33faizə və suvarma suyu təchizatı sahəsində itkilərin isə 42 faizəqədər azaldılmasına nail olunacaqdır. Sanitariya xidmətləri iləəhatə olunan ərazilərin xüsusi çəkisi 43 faizə çatdırılacaqdır.

Su təhlükəsizliyinin təmin edilməsi

Su təhlükəsizliyi sahəsində risklər müəyyənləşdiriləcək vəonların aradan qaldırılması ilə bağlı qabaqlayıcı tədbirlərgörüləcək, sərhədlərarası razılaşdırılmış fəaliyyətlər vasitəsiləsu hövzələri boyunca su ehtiyatlarının inteqrasiyalı idarə olunmasıinkişaf etdiriləcəkdir. Su ehtiyatlarının çirklənməsinin qarşısınınalınması, sudan səmərəli istifadə, tullantı sularının idarəolunması sahəsində mövcud problemlərin həlli məqsədilə qarşılıqlıəməkdaşlıq gücləndiriləcək, formalaşan tullantı sularının effektiv10 idarə olunması sayəsində ekoloji tarazlıq qorunacaq, iqlimdəyişikliyinə mitiqasiya və adaptasiya yolu ilə cavab verməkləhidroekoloji böhranlar idarə ediləcəkdir. Transsərhəd suların idarəedilməsinə dair beynəlxalq konvensiyaların tələblərinə effektivriayət olunmasına, qonşu ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığınmöhkəmləndirilməsinə və su ehtiyatlarının dayanıqlığına mənfi təsirgöstərən məsələlərə beynəlxalq normalar çərçivəsində baxılmasınanail olunacaqdır.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının suehtiyatları potensialından istifadə

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının suehtiyatlarından və hidroenerji potensialından “ağıllı su”sistemlərinin tətbiqi ilə rasional istifadə təmin ediləcəkdir. 28su elektrik stansiyasının tikintisi başa çatdırılacaq, yerüstüsuların hidroenerji potensialı qiymətləndirilərək su elektrikstansiyaları, o cümlədən su təsərrüfatı obyektlərinin imkanlarınəzərə alınmaqla kompakt enerji stansiyası yaradılacaqdır.Sağlamlıq, sahil və su turizmi imkanları üzrə qiymətləndirməaparılacaq, əhalinin içməli su ilə təchizatının daha dayaxşılaşdırılması, əkin sahələrinin suvarma suyuna tələbatınınödənilməsi və su ehtiyatları potensialından səmərəli istifadəedilməsi hövzələrarası su transferini həyata keçirməyə imkanverəcəkdir. Beləliklə, iqtisadi rayonlarda 300 min hektardan çoxtorpaq sahəsi suvarma suyu ilə təmin ediləcəkdir.

Seçilən
27
2
az.trend.az

1Mənbələr