AZ

Millimiz (U-19) Belarus yığması ilə qarşılaşıb

Belarusda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoldaşlıq görüşü keçirib.
U-19 Minskdə meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Görüş Belarus yığmasının 6:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 53-cü dəqiqədə Kənan Feyziyev vurub.
Qeyd edək ki, bu komandalar oktyabrın 13-də ikinci yoldaşlıq görüşündə üz-üzə gələcəklər.
Seçilən
36
1
affa.az

4Mənbələr