AZ

Azərbaycanda süni yağış texnologiyası və havadan suyun əldə edilməsi üzrə pilot layihələr icra olunacaq

Süni yağış texnologiyası ilə bağlı 1 pilot layihə icra olunacaq...

APA-nın xəbərinə görə, bu, “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da əksini tapıb.

Strategiyaya əsasən, 2024−2027-ci illərdə Elm və Təhsil NazirliyiAzərbaycan Dövlət Su Ehtiyatları Agentliyi n Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinet ilə birgə süni yağış texnologiyasının inkişafı ilə bağlı tədqiqatlar aparılmasını, müvafiq sahədə texniki-iqtisadi əsaslandırma və layihə sənədlərinin hazırlanmasını, müvafiq sahədə pilot layihələrin müəyyən edilməsini, süni yağış texnologiyası ilə bağlı 1 pilot layihənin icrasını təmin etməlidir.

Qeyd olunan qurumlar bu müddət ərzində havadan suyun əldə edilməsi üzrə tədqiqatlar aparılmasını, müvafiq sahədə texniki-iqtisadi əsaslandırma və layihə sənədlərinin hazırlanmasını, müvafiq sahədə pilot layihələrin müəyyən edilməsini, havadan suyun əldə edilməsi texnologiyası ilə bağlı 1 pilot layihənin icrasını təmin etməlidir.

Poliqon.info

Seçilən
11
18
poliqon.info

10Mənbələr