AZ

Kennedi ailəsinin ən yaşlı üzvü vəfat etdi

ABŞ senatoru və baş prokuroru Robert Kennedinin dul arvadı Etel 97 yaşında vəfat edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə onun nəvəsi III Co Kennedi "X" hesabında məlumat verib.

Ölümün səbəbi yaşlı qadının keçən həftə keçirdiyi insultdan yaranan fəsadlar olub.

Etel Kennedi ictimai fəaliyyətlə məşğul idi, xüsusən də insan haqlarını fəal şəkildə müdafiə edirdi. III Kennedinin sözlərinə görə, Eteldən doqquz övladı, 34 nəvəsi və 24 nəticəsi var.

Etel Kennedi ABŞ-nin ən məşhur siyasi ailələrindən birinin ən yaşlı üzvü idi. O, keçmiş prezident Con Kennedinin gəlini və Respublikaçılar Partiyasının namizədi Donald Tramp üçün prezidentlik kampaniyasını başa vurmuş kiçik Robert Kennedinin anasıdır.

2014-cü ildə prezident Barak Obama Etel Kennedini "Azadlıq" prezident medalı ilə təltif edib.

Xatırladaq ki, oktyabrın 9-da Etel Kennedinin xəstəxanaya yerləşdirildiyi məlum olub. KİV-in məlumatına görə, yaşlı qadın yuxuda insult keçirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
9
1
milli.az

10Mənbələr