AZ

Tələbələrin dönərdən zəhərlənməsi ilə bağlı rəsmi AÇIQLAMA

10.10.2024-cü il tarixində saat 19:00-dan başlayaraq Qazax Rayon Mərkəzi Xəstəxanasına ümumilikdə 18 nəfər (7 kişi, 11 qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə müraciət edib.

Bu barədə Viral.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 16 nəfər ambulator müalicə üçün evə buraxılıb, hazırda 2 nəfərin müalicəsi Təcili tibbi yardım bölməsində davam etdirilir, vəziyyətləri orta ağır olaraq qiymətləndirilir

Son Yazılar:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən isə sorğumuza cavab olaraq qeyd olunub ki, Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı qurumun mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı məlumat veriləcək.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin Qazax filialının 18 tələbəsi zəhərlənib.

Seçilən
3
7
viral.az

10Mənbələr