AZ

Britaniya Ukrayna ilə bağlı qadağanı qüvvədə saxlayır

Britaniya

Böyük Britaniya Ukraynanın Rusiya Federasiyasının dərinliklərinə zərbələr endirmək üçün uzaqmənzilli “Storm Shadow” raketlərindən istifadəsi ilə bağlı qadağanı ləğv etmək istəmir.

Reyting.az
“Reuters”ə istinadla xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Londona səfəri zamanı Böyük Britaniyanın baş naziri Key Starmerlə yaxın aylardaRusiya ilə müharibədə Kiyevin ehtiyac duyacağı dəstəyi müzakirə edib.

Böyük Britaniya baş nazirinin nümayəndəsi də Londonun mövqeyini təsdiqləyib. Onun sözlərinə görə, Ukrayna müəyyən şərtlər daxilində Rusiya ərazisindəki hədəfləri vurmaq hüququna malikdir. Eyni zamanda o, Ukraynanın Rusiya Federasiyasının dərinliklərinə zərbələr endirmək üçün uzaqmənzilli “Storm Shadow” raketlərindən istifadə ilə bağlı Böyük Britaniyanın mövqeyinin dəyişməz qaldığını vurğulayıb.

“Aydındır ki, biz Ukraynanı güclü mövqeyə qoymaq istəyirik. Lakin heç bir müharibə tək silahla qazanılmayıb. Xüsusilə “Storm Shadow”a gəlincə, Böyük Britaniya hökumətinin uzaqmənzilli raketlərin istifadəsi ilə bağlı mövqeyi dəyişməyib”, - İngiltərə rəsmisi əlavə edib.

Qeyd edək ki, oktyabrın 9-da Ukrayna prezidenti Vladimir Zelenski 24 saat ərzində Böyük Britaniya, Fransa, İtaliya və Almaniya liderləri ilə hər ölkədə ayrıca görüşəcəyini açıqlayıb. O, artıq Britaniyada və Fransada olub və orada Emmanuel Makronla görüşüb. Prezident hazırda İtaliyadadır - o, artıq ölkənin baş naziri Giorgia Meloni ilə görüşüb.

Onu da qeyd edək ki, Zelenskinin Londonda NATO-nun yeni baş katibi Mark Rutte ilə də görüşü olub.

ELÇİN
Seçilən
33
reyting.az

1Mənbələr