AZ

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi korrupsiyada günahlandırılır

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Artak Davtyanın qanunsuz mülkiyyəti üzə çıxıb. Ermənistan Baş Prokurorluğu bununla bağlı araşdırmalara başlayıb.

KONKRET.az xəbər verir ki, Davtyan oktyabrın 18-də istintaqa ifadə verməlidir. Qeyd olunur ki, o, keçmiş müdafiə naziri David Tonoyan və bir sıra digər yüksək rütbəli hərbçilərlə birlikdə sursat təchizatı adı altında xeyli pul mənimsəyib.

Xatırladaq ki, Davtyan  2018-2020 və 2021-2022-ci illərdə Ermənistanın Baş Qərargahına rəhbərlik edib. Bundan əvvəl Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini Stepan Qalstyan və Silahlı Qüvvələrin aviasiya idarəsinin keçmiş rəisi Avetik Muradyan da prokurorluğa çağırılıb.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
28
konkret.az

1Mənbələr