AZ

Azər Bağırovdan tənbehedici addım

“Kəpəz”in baş məşqçisi Azər Bağırov radikal addım atıb.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Gəncə təmsilçisinin çalışdırıcısı əvəzedici heyətdən mövsümün əvvəlindən əsas komandanın məşqlərinə cəlb olunan, lakin burada özünü yaxşı tərəfdən göstərə bilməyən bir neçə gənc futbolçunu yenidən əvəzedici heyətə göndərib.

Bağırovun bu addmı atmasına səbəb futbolçuların onlara verilən şansdan düzgün yararlana bilməməsidi. Belə ki, əsas komandaya cəlb olunan bir neçə gənc futbolçu həm də əvəzedicilərin heyətində forma geyinir. Burada onların oyunlara məsuliyyətsiz yanaşması, həmçinin əsas komandanın məşqləri zamanı özlərini yaxşı tərəfdən göstərə bilməməsi sonucda gənc mütəxəssisin belə bir qərar verməsinə səbəb olub.

Seçilən
15
idmanxeber.az

1Mənbələr