AZ

Kerri Makkarti ən az inkişaf etmiş ölkələr üçün lazım olan iqlim maliyyəsinin həcmini açıqlayıb

Bakı. Trend:

Ən az inkişaf etmiş ölkələr və inkişaf etməkdə olan kiçik adadövlətləri iqlim dəyişikliyinə uyğunlaşmaq üçün illik 29-41 milyardABŞ dolları tələb edir.

Trend xəbər verir ki, bubarədə Böyük Britaniyanın iqlim məsələləri üzrə naziri KerriMakkarti Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkinKonfransı (Pre-COP29) zamanı video müraciətində bildirib.

"Artan iqlim böhranı qarşısında təcili tədbirlərin görülməsizərurətini hamımız yaxşı bilirik, lakin tədbirlər effektivmaliyyələşdirmədən asılıdır və ən çox fəaliyyətə ehtiyacıolanların, lazım olan dəstəyi əldə etməkdə məhdudiyyətlərləüzləşirlər", - o qeyd edib.

Nazir bildirib ki, ən az inkişaf etmiş ölkələr və inkişafetməkdə olan kiçik ada dövlətləri iqlim dəyişikliyininnəticələrindən ən çox zərər çəkənlər sırasındadır, eyni zamanda budəyişikliyin yaranmasında ən az məsuliyyət daşıyırlar. Lakin onlar,bu nəticələrə uyğunlaşmaq və ekoloji cəhətdən təmiz inkişaf yollarıyaratmaq üçün lazım olan maliyyələşdirməyə çıxışda çətinliklərləüzləşirlər.

"Ən az inkişaf etmiş ölkələr və inkişaf etməkdə olan kiçik adadövlətləri üçün uyğunlaşma maliyyələşdirilməsi 2017-2021-ci illərərzində orta hesabla yalnız 7 milyard dollar olub. Açıq-aydındırki, böyük bir boşluq mövcuddur. Bu rəqəmlər, iqlim dəyişmələribaxımından həssas olan ölkələrə lazım olan maliyyələşdirməyə çıxışəldə etməkdə üzləşdiyi çətinlikləri əks etdirir", - o əlavəedib.

Qeyd edək ki, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransından (UNFCCC) əvvəlki Konfrans,yəni Pre-COP29 başlayıb.

Pre-COP29 Bakıda "Ambisiyaları artırmaq və fəaliyyət göstərmək"devizi altında keçirilir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrındaAzərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İkihəftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxınxarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən YerSammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsininqarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference ofParties) abbreviaturası İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqanolan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cürrazılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilinmartında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Seçilən
17
az.trend.az

1Mənbələr