AZ

Almaniya millisinin sabiq futbolçusu Mesut Özil Bakıya gəlib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə səfərdə olan professor İrfan Gündüzü, onun rəhbərlik etdiyi nümayəndə heyətini və Mesut Özili qəbul edib.
Oxu.Az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Almaniya yığmasının türkəsilli sabiq üzvü, dünya çempionu Mesut Özilin də daxil olduğu nümayəndə heyətini salamlayan nazir onlara ölkəmizdə idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib.
Görüş zamanı idman sahəsində ikitərəfli əlaqələr müzakirə edilib, uşaq futbolunun inkişafı barədə fikir mübadiləsi aparılıb.
Qonaqlar səmimi qəbul görə təşəkkür ediblər.
Seçilən
19
50
oxu.az

10Mənbələr