AZ

Robotun ayağı düşərli olmadı: “Tesla”nın səhmləri UCUZLAŞDI

Yeni təqdim edilən “Cybercab” robotundan sonra “Tesla”nın səhmlərinin qiyməti kəskin enib.

 

Sfera.az xəbər verir ki, “Tesla” şirkəti “Robovan” adlı sürücüsüz minik avtomobilini təqdim edib.

 

Təqdimatda şirkətin rəhbəri Elon Mask bildirib ki, “Robovan” 2026-cı ildən sonra kütləvi istehsal olunacaq. Sükanı və pedalı olmayan robot avtomobilin qiyməti 30 min dollardan yüksək olmayacaq.

 

Estetik görünüşü cəlbedici olmayan bu avtomobilin təqdimatı investorların ürəyincə olmayıb. Yeni layihəni investorlar uğurlu hesab etmədiyindən şirkətin səhmləri ucuzlaşıb.

 

“Tesla”nın ucuzlaşması onun əsas sahibi olan Maskın 7 milyard dollar itirməsinə səbəb olub.

 

Vasif

 

Seçilən
136
19
sfera.az

10Mənbələr