“Porsche” tennis tarixinin ən inanılmaz uğurunun sahibi Emma Radukanuya hədiyyə etdiyi avtomobili onun əlindən alıb.
Publika.az xəbər verir ki, 2021-ci ilin ABŞ Açıq çempionu lüks avtomobil istehsalçısının səfiri olduqdan sonra şirkət “911 Carrera GTS Cabriolet” avtomobilini ona hədiyyə etmişdi.
Britaniyalı jurnalistlər əmindirlər ki, Radukanu uzun müddət heç bir uğur qazana bilmədiyi üçün gələcək əməkdaşlıq praktiki olaraq mümkün deyil, ona görə də, şirkət avtomobil tennisçidən alıb.
ABŞ Açıq çempionatındakı sensasiyalı qələbəsindən bəri o, heç bir finalda oynamayıb və onun ən böyük uğuru daha aşağı səviyyəli turnirlərdə iki yarımfinal olub.
Bu cür əməkdaşlıq artıq “Porsche” üçün uyğun deyil, çünki Radukanu az oynayır, uğur qazanmır, heç kim ondan heç nə gözləmir və demək olar ki, tamamilə unudulub.