AZ

Paytaxtın daha bir küçəsində velosiped yolu salınıb

Paytaxtın

Bakı, 11 oktyabr, AZƏRTAC

Azərbaycanın Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) paytaxtın bir neçə istiqamətində velosiped yollarının təmin edilməsi işləri aparılıb.

AYNA-dan AZƏRTAC-a bildirilib ki, Zərifə Əliyeva küçəsində velosiped yollarında 2 ədəd velosiped yol nişanı və 22 ədəd təhlükəsizlik səddi quraşdırılıb.

Avtomobillərlə yarana biləcək münaqişəli nöqtələrin aradan qaldırılması üçün Yusif Səfərov küçəsində də mikromobillik zolağında 22 ədəd təhlükəsizlik səddi yerləşdirilib.

Seçilən
9
16
azertag.az

10Mənbələr