AZ

Pərviz Şahbazov: “Biz ardıcıl olaraq 3 böyük yaşıl interkonnektor üzərində işləyirik”

2030-cu il hədəflərinə çatmaq üçün bərpaolunan enerji mənbələri, elektrik şəbəkələri, saxlama və səmərəliliyə 31,5 trilyon ABŞ dolları həcmində məcmu sərmayə lazımdır. Hazırkı səviyyədə bərpaolunan enerji mənbələrinə illik investisiyalar 2024-2030-cu illər arasında hər il tələb olunan 1,5 trilyon ABŞ dollarından azdır. Buna görə də bərpaolunan enerji potensialını və investisiya qoyuluşunu ildə 2 dəfədən çox, enerji səmərəliliyinə investisiyanı isə 7 dəfə artırmaq lazımdır.

Bunu energetika naziri Pərviz Şahbazov Pre-COP29 çərçivəsində IRENA, COP29 və COP29 sədrliklərinin birgə təşkilatçılığı ilə keçirilən “BƏƏ Konsensusunun enerji nəticələrinin izlənməsi” mövzusunda yan tədbirdə deyib.

Nazirin sözlərinə görə, Azərbaycan dünyada enerji keçidinin sürətləndirilməsi prosesinə rəhbərlik etməklə yanaşı, həm də milli və regional miqyasda bərpaolunan enerji potensialının artırılmasına xidmət edən irimiqyaslı milli və transsərhəd layihələr həyata keçirir.

“2027-ci ilə qədər proqramımızın icrasının birinci mərhələsi çərçivəsində ötən il ölkəmizin bərpaolunan elektrik enerjisi gücü 373,6 MVt artıb. Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan bölgələrində yaşıl enerji zonalarının yaradılması ölkə miqyasında xalis sıfır emissiyaya keçid üçün əsas olacaq. 2030-cu ilə qədər 7 giqavat yaşıl enerji istehsal etmək planlarımız var. Bunun 70 faizi ixrac ediləcək və biz ardıcıl olaraq 3 böyük yaşıl interkonnektor - “Xəzər-Qara dəniz-Avropa”, “Mərkəzi Asiya-Azərbaycan-Avropa” və “Azərbaycan-Türkiyə-Avropa” üzərində işləyirik. Həmin yaşıl enerji dəhlizləri Mərkəzi Asiyadan Avropaya, daha geniş coğrafiyada yaşıl enerji keçidinə mühüm töhfə verəcək. Azərbaycan öz yaşıl gündəliyinə, eləcə də inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq səylərinə sadiqdir”, - deyə nazir əlavə edib.

AZƏRTAC

Seçilən
8
5
vergiler.az

6Mənbələr