AZ

Millətlər Liqası: Türkiyədən qələbə, millimizin rəqiblərindən məhsuldar heç-heçə

UEFA Millətlər Liqasında qrup mərhələsinin 3-cü turu davam edir.

Fanat.Az verir ki, bu gün daha 8 matç keçirilib.

Türkiyə yığması evdə Monteneqronu minimal hesabla yenib. 

Almaniya səfərdə Bosniya və Hersoqovinadan üstün olub. Bu qrupun digər oyununda Niderland Macarıstan səfərində xal itirib. 

Qonşu Gürcüstanın yığması qonaq qismində Ukraynadan xal ala bilməyib.

Azərbaycan yığmasının yer aldığı C Liqasının 1-ci qrupunun digər oyununda Slovakiya və İsveç milliləri məhsuldar heç-heçəyə razılaşıblar. 

UEFA Millətlər Liqası
3-cü tur
11 oktyabr

A Liqası, 3-cü qrup

Macarıstan – Niderland 1:1
Qollar: Sallai, 32 – Dumfris, 83.

Bosniya və Herseqovina – Almaniya 1:2
Qollar: Dzeko, 71 – Undav, 30; 36.

Xallar: Almaniya – 7. Niderland – 5. Macarıstan – 2. Bosniya və Herseqovina – 1.

B Liqası, 1-ci qrup

Ukrayna – Gürcüstan 1:0
Qol: Mudrik, 35.

Çexiya – Albaniya 2:0
Qollar: Çori, 3; 63.

Xallar: Gürcüstan – 6. Çexiya – 6. Albaniya – 3. Ukrayna – 3.

B Liqası, 4-cü qrup

Türkiyə – Monteneqro 1:0
Qol: Kahveci, 69.

İslandiya – Uels 2:2
Qollar: Tomasson, 69. Uord, 72-öz qapısına – B.Conson, 11. H.Uilson, 29.

Xallar: Türkiyə – 7. Uels – 5. İslandiya – 4. Monteneqro – 0.

C Liqası, 1-ci qrup

Estoniya – Azərbaycan 3:1
Qollar: Yakovlev, 32. Sinyavski, 45+2. Şeyn, 71 – Bayramov, 45+1.

Slovakiya – İsveç 2:2
Qollar: Streleç, 45; 72 – Ayari, 25. Sema, 32.

Xallar: İsveç – 7. Slovakiya – 7. Estoniya – 3. Azərbaycan – 0. 

Seçilən
30
9
fanat.az

10Mənbələr