AZ

Yasamalda mağaza mühafizəçisini hədələyib oğurluq edən şəxs saxlanılıb

Bakı. Trend:

Oktyabrın 10-da axşam saatlarında Yasamal rayonu ərazisindəyerləşən mağazaların birində mühafizəçinin kəsici alətləhədələnərək oradan oğurluq edilməsi barədə polisə məlumat daxilolub.

Trend xəbərverir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarınınkeçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəlibilinən S.Zalov müəyyən olunaraq saxlanılıb.

Ondan narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.

Seçilən
16
12
az.trend.az

10Mənbələr