AZ

Bakıda su borusu partlayıb: Fərdi yaşayış evinin həyəti çöküb - AÇIQLAMA

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakıda su xəttinin partlaması nəticəsində fərdi yaşayış evinin həyəti çöküb.
Oxu.Az xəbər verir ki, hadisə Xətai rayonu, Əhmədli qəsəbəsi, Şahin Səmədov küçəsində qeydə alınıb.
\
Görüntü ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq faktı təsdiqləyiblər.
Qeyd olunub ki, sözügedən ünvanda diametri 1 200 mm, dərinliyi 7 m olan kanalizasiya kollektoru çöküb.
"Hadisə qeyri-qanuni tikilən fərdi yaşayış evinin həyətində baş verib. 1974-cü ildə tikilən kollektorun üzərində qanunsuz evlər inşa edilib. Hazırda qəzanın aradan qaldırılması ilə bağlı işlər görülür.
Xatırladaq ki, Xətai rayonu ərazisində magistral su və kanalizasiya xətləri üzərində yüzlərlə qeyri-qanuni evlər, obyektlər tikilib", - deyə məlumatda vurğulanır.
Əzizə İsmayılova
Seçilən
14
50
oxu.az

10Mənbələr