AZ

“Böyük Dəbilqə”: Tçkayev qızıl qazanıb

Bakı. Trend:

Abu-Dabidə (BƏƏ) cüdo üzrə “Böyük dəbilqə” turniri davamedir.

Trend İdman.biz-əistinadən xəbər verir ki, ikinci yarış günündə 4 Azərbaycanidmançısı tatamiyə çıxacaq.

73 kq
Rəşid Məmmədəliyev Bruno Bermeo (Ekvador) üzərində qələbə iləbaşlayıb, daha sonra Xulio Sezar Kodaya (Braziliya) qalib gələrək1/4 finala yüksəlib. O, bu mərhələdə Karen Qalstyana (İJF)uduzduğundan təsəlliverici görüşə qatılıb. Məmmədəliyev BaysanqurBaqayevi (Serbiya) məğlub edərək, bürünc medal uğrunda güləşəcək.Onun rəqibi yaponiyalı Tatsuki İşihara olub. Asiyalı qalibgəldiyindən Məmmədəliyev 5-ci yeri tutub.

Nəriman Mirzəyev Tatsuki İşiharaya (Yaponiya) məğlub olub.

81 kq
Zelim Tçkayev yarışa Botond Tot (Macarıstan) üzərində qələbə iləbaşlayıb. O, ardınca Adrian Sultsa (Rumıniya) və DmitriQoçilaidzeni (Gürcüstan) də məğlub edərək finala yüksəlib. Tçkayevhəlledici görüşdə Zaur Dvalaşvili (Gürcüstan) ilə üz-üzə gəlib vəqələbə qazanaraq, fəxri kürsünün ən yüksək pilləsində yer alıb.

Ömər Rəcəbli 1/8 finalda Viçenzo Peliqraya (İtaliya) qalib gəlsədə, ardınca Davit Karapetyana (İJF), təsəlliverici görüşdə isəNuqzari Tatalaşviliyə (Gürcüstan) uduzub.

Qeyd edək ki, turnirin ilk günündə Açelya Toprak (57kq) bürüncmedal qazanıb.

Seçilən
15
1
az.trend.az

5Mənbələr