AZ

Qadağan olunmuş texnologiyaların Rusiyaya ikinci ən böyük tədarükçüsü - Hindistan

Hindistan Rusiyaya mikroçiplər, mikrosxemlər və dəzgahlar kimi kritik sanksiya tətbiq edilən texnologiyanın ikinci ən böyük tədarükçüsü olub. 

Qaynarinfo xəbər verir ki, bu barədə Amerika və Avropa rəsmilərinin bəyanatlarına istinadən "Bloomberg" məlumat yayıb.

Belə ki, Hindistanın mikroçiplər, mikrosxemlər və dəzgahlar ixracı aprel və may aylarında 60 milyon dolları keçib, bu ilin əvvəlki aylarını təxminən iki dəfə, iyulda isə 95 milyon dollara yüksəlib. Bu göstəriciyə görə Hindistanı yalnız Çin geridə qoyur.

"Rəsmilər bildirir ki, son məlumatlara görə, Rusiya hərbi-sənaye kompleksinə daxil olan məxfi texnologiyaların demək olar 1/5-ni Hindistandan keçir", deyə qəzet yazıb.

"Bloomberg" qeyd edir ki, ikili təyinatlı malların əksəriyyətinin birbaşa Rusiyaya ixracı qadağandır, ona görə də onları üçüncü ölkələrdən - bəzən Qərb firmalarının törəmə şirkətlərindən və ya vasitəçilər şəbəkələrindən almağa məcbur olur.

Eyni zamanda, Qərb müttəfiqləri bu marşrutların bəzilərini - Türkiyə və BƏƏ-dən keçməklə - məhdudlaşdırmağa çalışdıqca yeni mərkəzlər yaranır. Məlumatlı mənbələrə görə, bunlara Hindistan, Malayziya və Tayland daxildir. Rəsmilərin fikrincə, bu yerdəyişmədə əsas amil Rusiyanın neft satışından topladığı böyük rupi ehtiyatıdır.

Rusiya ilə əməkdaşlığın bu şəkildə gücləndirilməsi Hindistanı son aylarda Avropa İttifaqı və ABŞ-ın sanksiya qurumlarının diqqət obyektinə çevirib. Belə ki, iyul ayında ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo Hindistan Sənaye Konfederasiyasının yüksək rütbəli rəsmilərinə məktub yazaraq, Rusiya hərbi texnikası ilə biznes aparan Hindistan şirkətləri və banklarına sanksiya riskləri barədə xəbərdarlıq edib.

Aydın

Seçilən
17
qaynarinfo.az

1Mənbələr