AZ

Diaspor Komitəsinin sədri Malayziyada

Malayziyada səfərdə olan Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bu ölkənin milli birlik nazirinin müavini xanım senator Sarasvati Kandasami ilə görüşüb.

Nazir müavini bu səfəri iki ölkə arasında münasibətlərin artan xətt üzrə inkişafının göstəricisi kimi qiymətləndirib, Malayziya Birlik Nazirliyinin tarixi və fəaliyyət istiqamətləri haqqında məlumat verib.

Fuad Muradov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Azərbaycan dövlətinin diaspor siyasəti, komitənin fəaliyyəti, xaricdə yaşayan soydaşlarımızın milli kimliklərini unutmaması üçün həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

Malayziya Tərcümə və Kitab İnstitutunda keçirilən görüşdə qurumun rəhbəri Nur Amin Əhməd Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın Malayziyadakı səfirliyi ilə sıx əməkdaşlıqdan məmnun olduğunu bildirib. Bu günlərdə çapdan çıxan və Azərbaycan ədiblərinin əsərlərindən ibarət olan “Ürəkdə yazı” adlı kitabı üçtərəfli əməkdaşlığın səmərəli nəticəsi adlandırıb.

Səfər çərçivəsində Komitə sədri Malayziyanın Dövlət Teleradiosuna və Cənub-Şərqi Asiya regionunun nüfuzlu “Awani Global” televiziyasına müsahibə verib. Azərbaycan–Malayziya münasibətlərinin hazırkı səviyyəsi və inkişaf perspektivləri, COP29, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu, Qarabağ münaqişəsi, rəsmi Bakının Cənubi Qafqazda sülh və təhlükəsizlik naminə planlarından bəhs edib.

Daha bir görüş Malaya Universitetinin və Putra Malaya Universitetinin professor və müəllim heyəti ilə olub, Azərbaycan haqqında təqdimatlar edilib.

XQ

Seçilən
19
5
xalqqazeti.az

8Mənbələr