AZ

“Qarabağ”ın QƏNİMİ "Neftçi"yə baş məşqçi gəlir

“Neftçi” rəhbərliyinin komandanı bosniyalı Sergey Yakiroviçə tapşırması ilə bağlı iddialar yayılıb.

Qlobal.net xəbər verir ki, çalışdırıcı artıq Bakıya gəlib.

Hazırda tərəflər arasındakı danışıqların son mərhələsində olduğu bildirilir. Ciddi bir fikir ayrılığı yaranmasa, Yakiroviçlə ən qısa zamanda rəsmi müqavilə imzalanacaq.

 “qarabağ”ın qƏnİmİ

Qeyd edək ki, Yakiroviçin sonuncu iş yeri Zaqreb “Dinamo”su olub. Xorvatiya çempionu bu mövsüm UEFA Çempionlar Liqasında məhz onun rəhbərliyi altında Azərbaycan çempionu “Qarabağ”ı hər iki oyunda məğlub edərək mərhələ adlayan tərəf olmuşdu.

Xatırladaq ki, bosniyalı mütəxəssis ÇL-in Liqa mərhələsində Almaniya nəhəngi “Bayern”ə məğlubiyyətdən (2:9) sonra sentyabrın 19-da “Dinamo”dan qovulmuşdu.

Yakiroviç “Dinamo”dan öncə “Riyeka”, “Zrinski”, “Maribor”, “Qoritsa” və “Sesvete” kimi klublarda da baş məşqçi kimi çalışıb. 47 yaşlı mütəxəssis ötən mövsüm Zaqreb klubu ilə Xorvatiyada qızıl dubla imza atıb.

O, 2021/2022 mövsümündə də “Zrinski”ni Bosniya və Herseqovina çempionu edib. (futbolinfo)

Seçilən
15
20
qlobal.net

10Mənbələr