AZ

“Türkiyə ilə əlaqələr sülh və sabitlik deməkdir”, A.Vuçiç

 

  Serbiya prezidenti Aleksandar Vuçiç “Bizim Türkiyə ilə əlaqələrimiz iqtisadi əməkdaşlıqdan çox irəli gedir. Bizim üçün Türkiyə ilə əlaqələr sülh və sabitlik deməkdir” deyib.

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Serbiyanın paytaxtı Belqradda keçirilən Serbiya-Türkiyə Biznes Forumunda çıxış edən A.Vuçiç Türkiyə şirkətlərinin Serbiyaya qoyduğu investisiyaların son dərəcə əhəmiyyətli olduğunu bildirib.

  Serbiyanın dəmir yolu layihələrindən danışarkən Vuçiç deyib: "Bir ay ərzində açacağımız yeni dəmir yolu xətti ilə Budapeştə daha yaxın olacağıq. Nişə qədər çəkəcəyimiz qatar xətti ilə İstanbula da yaxınlaşacağıq. Amma Türkiyə ilə əlaqələrimiz iqtisadi əməkdaşlıqdan çox irəli gedir. Bizim üçün Türkiyə ilə əlaqələr sülh və sabitlik deməkdir”.

  Serbiya prezidenti ölkəsinin ev sahibliyi edəcəyi EXPO-2027 üçün Türkiyə şirkətlərindən kömək alacaqlarını qeyd edərək bildirib: "Biz Ərdoğandan Türkiyənin sərgidə iştirakına dair söz aldıq. Çox xoşbəxtik. Prezident Ərdoğana dostluğumuza görə təşəkkür edirik”.



Seçilən
21
trt.net.tr

1Mənbələr