AZ

Yaxın aylarda Üçüncü Dünya müharibəsi başlaya bilər... TRAMPDAN XƏBƏRDARLIQ

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp hazırkı administrasiyanın hərəkətləri səbəbindən yaxın 3-4 ay ərzində Üçüncü Dünya müharibəsi riskinin yüksək olacağı barədə xəbərdarlıq edib.

Korrespondent.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə o, Kaliforniyada keçirilən mitinqi zamanı bildirib.

Tramp hazırkı hakimiyyətin qlobal münaqişəyə səbəb ola biləcəyindən narahatdır.

O, yenidən prezident seçiləcəyi təqdirdə Ukraynadakı münaqişəni tez bir zamanda həll edə biləcəyini və Yaxın Şərqdəki xaosa son qoyacağını bəyan edib.

Seçilən
23
3
korrespondent.az

10Mənbələr