Oktyabrın 12-də axşam saatlarında paytaxtın Binəqədi rayonu ərazisində 2007-ci təvəllüdlü M.Kərimovun xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.
Avtosfer.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Hadisə ilə bağlı təhqiqat araşdırması başlanılıb.
Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən şəxsin və ya şəxslərin müəyyən olunaraq saxlanılması istiqamətində tədbirlər görülür.
**
Bakının Binəqədi rayonunda dava zamanı bir nəfər xəsarət alıb.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.
2004-cü il təvəllüdlü Kərimov Məhəmməd Rövşən oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.