AZ

Ruslar həm Donetskdə, həm də Kursk vilayətində irəliləyir – “DeepState” layihəsi

Cəbhədəki cari məlumatları izləyən “DeepState” layihəsinin analitikləri hərbi əməliyyatların xəritəsini yeniləyiblər.

Onlar İşğalçıların Donetsk vilayətində müəyyən uğur qazandığı qeyd edilir. Belə ki, rus qoşunları Donetsk vilayətində Vüqledar və Çasovoy Yar yaxınlığında irəliləyiblər. Onların başqa ərazilərdə də uğurları var. “Düşmən Kalinovka, Çasovoy Yar, Qriqoryevka, Uqledar, Olqovka (Rusiya Federasiyasının Kursk vilayəti), Kremnevoye (Rusiya Federasiyasının Kursk vilayəti), Tsukurino və Zolotaya Niva yaxınlığında da irəliləyiblər”, – analitiklər qeyd edirlər.

//Samir Qurbanov, Editor.az

Seçilən
18
editor.az

1Mənbələr