AZ

FİFA-dan Avrokomissiyaya şikayət

Beynəlxalq Peşəkar Futbolçular Federasiyaları Assosiasiyasının Avropa bölməsi (FIFPro Europe) FİFA-dan Avrokomissiyaya şikayət edib.

İdman.biz xəbər verir ki, şikayətə İspaniya La Liqası da qoşulub.

Şikayətçiləri 2025-ci ildə təşkil olunacaq klublarası dünya çempionatından narazılıq ediblər. Mövsüm ərzində oyun sayının çox olmasından narahatlıq bildirilib. FİFA-nın beynəlxalq təqvimin hazırlaması zamanı səlahiyyətindən sui-istifadə etməsi və Avropa İttifaqı qanunlarının pozulması vurğulanıb.

Qeyd edək ki, klublararası dünya çempionatı gələn il ABŞ-da təşkil olunacaq. Artıq bir çox futbolçular təqvim sıxlığından narazılıqlarını bildiriblər.

İdman.biz

Seçilən
61
13
idman.biz

10Mənbələr