AZ

Mərkəzi Bank iki hüquqi şəxsə sığorta agenti lisenziyaları verib

Azərbaycan Mərkəzi Bankı "Ziraat Bank Azərbaycan" ASC-yə və "Gatevay Management Azərbaycan" MMC-yə sığorta agenti fəaliyyəti üçün lisenziyalar verib.

FED.az bu barədə AMB-yə istinadən xəbər verir.

Beləliklə, Azərbaycanda sığorta agenti kimi fəaliyyət göstərən hüquqi şəxslərin sayı 55-ə çatıb.

Xatırladaq ki, "Zıraat Bank Azərbaycan" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 65,5 milyon manatdır.

"Gatevay Management Azərbaycan" isə 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 100 manatdır.

Seçilən
8
11
fed.az

10Mənbələr