AZ

İsrail İrana hücum edəcək? - Tarix AÇIQLANDI

İsrailin İrana cavab hücumu ilə bağlı planı artıq hazırdır.

 

Modern.az xəbər verir ki, bu barədə CNN telekanlı öz mənbələrinə istinadən yazıb.

 

Bildirilir ki, Amerika rəsmiləri İsrailin noyabrın 5-də ABŞ-də keçiriləcək prezident seçkilərindən əvvəl İrana hücum edəcəyini gözləyirlər.

 

Mənbələr qeyd edir ki, İsrailin İrana qarşı cavab tədbirinin vaxt cədvəli və parametrləri İsrail hökuməti daxilində gərgin müzakirələrə səbəb olub.

 

Xatırladaq ki, oktyabrın əvvəlində İrandan İsrailə 400-ə yaxın raket atılıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirib ki, İranın İsrail ərazisinə raket hücumu Hizbullahın baş katibi Həsən Nəsrullah, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə və Qüds Qüvvələrinin komandiri Abbas Nilforuşanın ölümünə cavabdır. İsrail rəsmiləri İrana cavab verəcəklərini vəd ediblər. Qərb mətbuatı İsrailin İranın neft və nüvə obyektlərini hədəfə alacağını yazıb.

Seçilən
6
7
modern.az

10Mənbələr