AZ

Almaniya İsrailə silah satışını artırıb

Almaniya İsrailə silah satışını artırıb

Almaniya son həftələrdə İsrailə silah və hərbi texnika satışını artırıb.Almaniya Xəbər Agentliyinin (DPA) məlumatına görə, İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyi hökumətin bu il oktyabrın 13-nə olan məlumata görə, İsrailə ümumilikdə 45,74 milyon avro dəyərində silah və hərbi texnikanın satışını təsdiqləyib.Nazirlik hökumətin bu il avqustun 21-dən etibarən İsrailə 14 milyon 460 min avro dəyərində silah və hərbi texnika satışına icazə verdiyini açıqlayıb. Belə ki, Almaniya son 8 həftə ərzində İsrailə 31 milyon avro dəyərində silah və hərbi texnika satışına icazə verib.Nazirlik tərəfindən hazırlanan hesabatda bir daha vurğulanıb ki, İsrailə silah ixracına qadağa yoxdur."Bild" qəzeti Almaniyanın İsraildən satacağı silahların "soyqırım üçün istifadə olunmayacağına" dair yazılı zəmanət istədiyini açıqlayıb.

Seçilən
66
12
afn.az

10Mənbələr