AZ

Dünyada təxminən 1,13 milyard insan yüksək qan təzyiqindən əziyyət çəkir

Bakı. Trend:

Dünyada təxminən 1,13 milyard insanın yüksək qan təzyiqivar.

Trend xəbər verir ki, bununlabağlı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Müalicə olunmadığı təqdirdə yüksək qan təzyiqi infarkt, insult,böyrək xəstəliyi, ürək çatışmazlığı, angina, görmə itkisi vəperiferik arteriya xəstəliyi daxil olmaqla bir sıra sağlamlıqproblemləri riskini artıra bilər. Hipertoniya bir sıra yollarlazərər verir. Məsələn, zamanla arterial təzyiqin artması damarlarınelastikliyinin azalmasına səbəb ola bilər. Bu da öz növbəsindəürəyə çatan qan və oksigen miqdarını azaldır və orqana zərər verir.Yüksək qan təzyiqi beynin zərif qan damarlarına da zərər verə bilərki, bu da onların bloklanması və ya partlaması riskini artırır.

Tədqiqatlara görə, hipertoniyanın genetik komponenti mövcuddur.Məsələn, 2017-ci ildəki tədqiqatın müəllifləri, üç nəsiliştirakçının məlumatlarını əhatə edən araşdırmada belə nəticəyəgəliblər: “Babalarda erkən başlayan hipertoniya nəvələrdə də buriski artırır. Bununla belə, hipertoniya, hətta genetik olaraqhəssas insanlar üçün də qaçılmaz deyil. Çox vaxt vəziyyət, genlərintəsir etmədiyi pəhriz kimi həyat tərzi faktorları səbəbindəninkişaf edir”.

277 005 insanın genetik, həyat tərzi və sağlamlıq məlumatlarınıtəhlil edən 2018-ci il tədqiqatının müəllifləri belə nəticəyəgəliblər: “Biz göstəririk ki, sağlam həyat tərzi genetik riskfaktoru ilə də qarşı-qarşıya qala bilər (o cümlədən pəhriz, məhdudspirt istehlakı, aşağı bədən kütləsi indeksi və artan fizikifəaliyyət daxil olmaqla). Bu, əsas qan təzyiqindən asılı olmayaraqaşağı qan təzyiqi ilə əlaqələndirilir. Biz, həmçinin aşkarladıq ki,sağlam həyat tərzinə riayət etmək infarkt, insult və ürək-damarxəstəliyi riskini azaldır”.

Yüksək qan təzyiqi hər bir yaşda baş verə bilir. Hipertoniyayaşlı insanlarda daha çox rast gəlinsə də, orta yaşlılarda vəgənclərdə də baş verir. Hipertoniya 18-39 yaş arası insanlarıntəxminən 7,5 faizinə, 40-59 yaşlı insanların 33,2 faizinə və 60yaşdan yuxarı şəxslərin 63 faizinə təsir göstərir. Yaş ilə əlaqədarolaraq artan yayılma vəziyyətinə baxmayaraq, müəyyən həyat tərzimüdaxilələri yüksək qan təzyiqinin inkişaf riskini azalda bilər.Bunlara duz qəbulunu azaltmaq, müntəzəm idman etmək, siqaretdənistifadə etmək və sağlam pəhriz daxildir.

Seçilən
54
50
az.trend.az

10Mənbələr