AZ

Zəfər xronikası. 17 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciət edib (FOTO/VİDEO)

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinincəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraqAzərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücuməməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminənotuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilənəticələndi.

2020-ci ilin oktyabrın 17-də Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyev xalqa müraciət edib.

TrendPrezident İlham Əliyevin müraciətini təqdimedir:

-Əziz həmvətənlər.

Bu gün Ermənistanın faşist rəhbərliyi növbəti hərbi cinayəttörədib. Gəncə və Mingəçevir şəhərləri raket atəşinə məruz qalıb.Bu namərd atəş nəticəsində soydaşlarımız həlak olub, yaralanıb.Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralı soydaşlarımızaAllah şəfa versin!

Bu, bir daha Ermənistan rəhbərliyinin faşist mahiyyətinigöstərir. Birinci dəfə deyil ki, bizim şəhərlərimiz atəşə məruzqalır və demək olar ki, hər gün Tərtər, Ağdam, Goranboy, Ağcabədivə digər şəhərlərə Ermənistan atəş açır. Bu atəş nəticəsindəvətəndaşlarımız həlak olur, yaralanır, 2 mindən çox ev dağıdılıb,ya da ki, bu evlərə çox böyük ziyan vurulubdur. Ancaq bu namərdhərəkətlər Azərbaycan xalqının iradəsini qıra bilməz.

Ermənistan rəhbərliyi hərbi cinayət törədir. Dinc əhaliyə atəşaçmaq, özü də əməliyyat operativ raket kompleksləri vasitəsilə atəşaçmaq hərbi cinayətdir. Onlar bu cinayətə görə məsuliyyətdaşımalıdırlar və daşıyacaqlar. Biz isə onların cavabını döyüşmeydanında veririk. Şəhidlərin, günahsız insanların qisasını döyüşmeydanında alırıq və alacağıq. Biz heç vaxt mülki əhaliyə qarşımübarizə, müharibə aparmamışıq, bundan sonra da aparmayacağıq. Bizermənilər deyilik. Bizim öz yolumuz var, bizim öz amalımız var vəbütün Azərbaycan xalqı bu amal ətrafında birləşib. Bütün Azərbaycanxalqı həmrəylik, vətənpərvərlik göstərir.

Müzəffər Azərbaycan Ordusu gedən döyüşlərdə düşmənləri bizimtorpağımızdan qovur və qovacaqdır. Mən demişəm ki, öz xoşları iləbizim torpaqlarımızdan çıxmasalar, biz onları iti qovan kimiqovacağıq və qovuruq. Müzəffər Azərbaycan Ordusu hər gün yenistrateji məntəqələri, yeni yüksəklikləri, yeni yaşayışməntəqələrini işğalçılardan azad edir. Bizim qisasımız döyüşmeydanındadır.

Bu günlər ərzində - 27-si sentyabr tarixindən bu günə qədərErmənistanın hərbi potensialına sarsıdıcı zərbə vurulubdur. Sadəcəolaraq, vətəndaşlarımızın diqqətinə bəzi rəqəmləri çatdırmaqistəyirəm. Bildirməliyəm ki, çatdıracağım siyahı natamamdır,düşmənin daha böyük həcmdə texnikası məhv edilib və əlbəttə ki,döyüş zamanı bunun dəqiq hesablanması mümkün deyil. Ancaqgətirəcəyim rəqəmlər əyani şəkildə göstərir ki, biz döyüşmeydanında tam üstünlüyü əldə etmişik və demək olar ki,Ermənistanın hərbi-texniki potensialını böyük dərəcədə sıradançıxara bilmişik. Ancaq sual olunur: bu qədər silah, bu qədərtexnika Ermənistanda haradandır? Ermənistanın hərbi büdcəsi bəlli,Ermənistanın dövlət büdcəsi də bəlli. Ermənistan bankrot ölkədir.Bu ölkənin xarici dövlət borcu ölkənin ümumi daxili məhsulunun60-70 faizini təşkil edir. Bu ölkənin sərbəst valyuta ehtiyatlarıcəmi 1,5 milyard dollardır, bu da bank rezervləridir. Yəni bu,sərbəst vəsait deyil. Hansı pulla bu silah və texnikanı alır? Təkcəbu günə qədər məhv edilmiş və qənimət kimi götürülmüş texnikanınqiyməti aşağısı 2 milyard dollar səviyyəsindədir. Ancaq hələ dəbunların texnikası qalıbdır. Hələ də həm işğal edilmiş torpaqlarda,eyni zamanda, Ermənistan ərazisində. Sual olunur, kim onlarısilahlandırır? Bəzi hallarda bizə qarşı iradlar irəli sürülür ki,biz silahlanırıq, biz silah alırıq və bu, elə bil ki, vəziyyətigərginləşdirə bilər, vəziyyəti məqbul olmayan məcrayaistiqamətləndirə bilər. Ancaq sual olunur, bəs Ermənistansilahlananda? Bəs, bu kasıb, yoxsul ölkədə bu qədər silah-texnikaharadandır və bu gün də onlara qaçaq yollarla, qaçaqmalçılıqsxemləri əsasında silahlar, texnika göndərilir və çox təhlükəli,böyük dağıdıcı gücə malik olan texnikalardır. Ona görə biz busuallara cavab istəyirik və əminəm ki, biz bu cavabı alacağıq.

İndi isə son günlər ərzində Azərbaycan Ordusu tərəfindən məhvedilmiş Ermənistan texnikasının bir hissəsini xalqımın diqqətinəçatdırıram. Beləliklə, məhv edilmiş Ermənistan texnikası: tank –234 ədəd məhv edilib, 36 tank hərbi qənimət kimi götürülüb,piyadaların döyüş maşını – 49-u məhv edilib, 24-ü hərbi qənimətkimi götürülüb. Özüyeriyən artilleriya qurğusu 16 ədəd məhv edilib,müxtəlifçaplı toplar 190, "Uraqan" sistemi 2, TOS odsaçan 1,əməliyyat taktiki raket kompleksi "Elbrus" 2, "Toçka-U" 1, OSAzenit raket kompleksi 35, TOR zenit-raket kompleksi 3, KUB və"Kruq" zenit raket kompleksi 5, radioelektron mübarizə sistemləri9, S-300 zenit raket kompleksi 2, yük avtomobilləri 196-sı məhvedilib, 98-i qənimət kimi götürülüb. Hər bir adam, hər birmütəxəssis bu texnikanın qiymətini açıq mətbuatdan götürə bilər vəbu suallara biz cavab tapmalıyıq və tapacağıq.

Şanlı Azərbaycan Ordusu öz xilaskarlıq missiyasını uğurla davametdirir. Son günlər ərzində mən xalqıma xəbər verərək, yeni azadedilmiş kəndlərin adlarını açıqlamışdım. Bu gün də böyük məmnunluqhissi ilə, böyük sevinc hissi ilə azad edilmiş növbəti yaşayışməntəqələrinin adlarını əziz xalqıma çatdırmaq istəyirəm. Bu günFüzuli rayonunun aşağıdakı yaşayış məntəqələri işğalçılardan azadedilib – Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədlikəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzulişəhəri. Füzuli şəhəri işğalçılardan azad edilib, Füzuli bizimdir,Qarabağ Azərbaycandır!

Mən bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrikedirəm. Bu münasibətlə əziz füzulililəri ürəkdən təbrik edirəm.Uzun illərin doğma torpaq həsrəti sona çatır. Biz öz üzərimizədüşən missiyanı şərəflə yerinə yetiririk, ölkəmizin ərazibütövlüyünü bərpa edirik və bərpa edəcəyik. Füzuli uğrunda döyüşlərağır döyüşlərdi. Vaxt keçəcək bu döyüşlər haqqında kitablaryazılacaq, əsərlər yazılacaq. Doğrudan da çox böyük peşəkarlıq,məharət, şücaət, fədakarlıq tələb edən döyüşlərdi. Çünki bu 30 ilərzində düşmən təmas xəttində o qədər möhkəm istehkam qurmuşdur ki,bəziləri hesab edirdi ki, Füzuli şəhərini işğaldan azad etməkmümkün deyil. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdəidi ki, Füzulini götürmək, onu işğaldan azad etmək üçün bəlkəaylarla vaxt lazım olacaq və bu əməliyyat uğurlanəticələnəcək-nəticələnməyəcək hələ böyük sual altında idi. Ancaqmüzəffər Azərbaycan Ordusu bu şərəfli missiyanın öhdəsindən gələbildi və qısa müddət ərzində Füzuli rayonunun əksər kəndləri vəFüzuli şəhəri düşmənin tapdağından azad edildi. Füzuli şəhərideyəndə, əlbəttə, biz hamımız bilməliyik ki, şəhərdən bir şeyqalmayıb, əsər-əlamət qalmayıb, bir dənə də salamat bina qalmayıb.Çünki otuz il ərzində o vəhşilərin əlində idi, yırtıcı heyvanlarınəlində idi, çaqqalların əlində idi. Bütün binalar sökülüb, diniabidələrimiz sökülüb, hər şey talan edilib, evlərin dam örtükləri,pəncərələri, əşyaları, hər şey. Sanki vəhşi bir qəbilə bu şəhərizəbt etmişdir. Füzuli şəhərinin qalıqları erməni faşizminintəzahürüdür və erməni faşizminin şahididir.

Biz Füzuliyə qayıdacağıq, biz bütün kəndləri yenidən quracağıq,abadlaşdıracağıq. O kəndlərə həyat qayıdacaq. Necə ki, vaxtilə UluÖndərin rəhbərliyi ilə Azərbaycan Ordusu Füzuli rayonunun 22kəndini işğaldan azad edib, o cümlədən Horadiz qəsəbəsini. İndibaxın, görün necə gözəl məkandır. Horadiz qəsəbəsi çox abad, müasirşəhərə çevrilibdir. İşğaldan azad edilmiş kəndlərdə füzulililəryaşayır. Deyə bilərəm ki, bu günə qədər işğaldan azad edilmişkəndlərdə Füzuli əhalisinin təqribən yarısı məskunlaşıbdır. Ancaqbu gün artıq füzulililərin yaşadıqları kəndlər azad edilib və orayahəyat qayıdacaq, onlar qayıdacaqlar, onlar orada yaşayacaqlar, özəcdadlarının qəbirlərini ziyarət edəcəklər. Orada bərpa olunacaqməscidlərdə azan səsi eşidiləcək. Biz öz şərəfli missiyamızı yerinəyetiririk. Mən tam əminəm ki, bundan sonra da şanlı AzərbaycanOrdusu işğalçıları torpağımızdan qovmağa davam edəcəkdir.

Füzuli əməliyyatı rəmzi məna daşıyır. Bizim tarixi, qədimiyaşayış məskənimizi Azərbaycan özünə qaytardı, on minlərlə insanıno yerlərə qayıtmasını təmin etdi. Eyni zamanda, stratejinöqteyi-nəzərdən Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiəxəttinin yarılması bizə növbəti strateji üstünlüklər verir. ÇünkiFüzuli istiqamətində yerləşən bizim hərbi qüvvələrimiz bu günlərərzində orada döyüşlər aparırdı. İndi təbii ki, bu, sirr deyil, bizFüzuliyə hansı tərəfdən girə bildik. Hansı böyük hərbi peşəkarlıqvə rəşadət nəticəsində biz Füzulini işğalçılardan azad edə bildik.Ondan əvvəl Cəbrayıl şəhəri işğalçılardan azad edildi. Ondan əvvəlHadrut işğalçılardan azad edildi. Xocavənd və Cəbrayılrayonlarının, o cümlədən Füzuli rayonunun bir çox kəndləri işğaldanazad edildi. Məhz ondan sonra biz Füzuli şəhərini işğalçılardanazad edə bilmişik.

Düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Bu güntam məsuliyyətlə deyə bilərəm ki, Füzuli əməliyyatı hərbi kitablaradaxil ediləcək. Təkcə Füzuli əməliyyatı yox, başqa əməliyyatlar. Bugün məndə olan məlumata görə, hərbi mütəxəssislər artıq açıq-aydınbildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə vətexniki təminata malik olan bir ordudur.

Bu gün tarixi bir gündür. On yeddisi oktyabr nəinkifüzulililərin xatirəsində Azərbaycan dövlətinin tarixində əbədiqalacaqdır. Bu gün biz hamımız, bütün Azərbaycan xalqı xalqımızın,dövlətimizin ən parlaq səhifəsini yazırıq, birlikdə yazırıq. Biz bugün həmrəylik, qarşılıqlı dəstək, birlik göstərək bu şanlı tarixiyazırıq. Biz xoşbəxtik ki, bu anları yaşayırıq. Ancaq bu anlarısəbirsizliklə gözləyən, həyatdan gedən on minlərlə bizim qaçqın,köçkünümüz əfsuslar olsun ki, bu günləri görməyib. Ancaq bu günəminəm ki, onların ruhu şaddır. Çünki onların doğma dədə-babatorpaqları işğalçılardan azad edilib.

Baxmayaraq ki, namərd, xain, alçaq düşmən hərbi cinayətlərtörədir, dinc əhalini atəşə tutur, bugünkü atəş nəticəsində azyaşlıuşaqlar da həlak olub, mən bir daha demək istəyirəm ki, bizqisasımızı mülki vətəndaşlardan almamalıyıq. Biz döyüş meydanındaqisasımızı alırıq, alacağıq, şəhidlərimizin, həlak olanların qanıyerdə qalmır və qalmayacaqdır. Bir daha Ermənistanın faşistrəhbərliyinə xəbərdarlıq edirəm ki, qalan torpaqlardan öz xoşu iləçıxsın. Onsuz da biz onları oradan rədd edəcəyik. Onsuz da onlarınizi-tozu da o torpaqlarda qalmayacaq. Onsuz da onları biz sonaqədər qovub torpağımızdan rədd edəcəyik. Öz xoşu ilə getsin!

Füzulini təslim etmək istəmirdi. Halbuki başa düşürdü ki, bunusaxlaya bilməyəcək. Cəbrayılı təslim etmək istəmirdi. Dünən,srağagün və bu gecə Cəbrayıl istiqamətində də uğurlu əməliyyatlarkeçirilibdir, strateji yüksəkliklər götürülübdür. Bu haqda hələ ki,mən bir şey demək istəmirəm, hadisələri qabaqlamaq istəmirəm. Ancaqbu gün müzəffər Azərbaycan Ordusu öz məqsədinə çatır və çatacaq,bizim ərazi bütövlüyümüz bərpa edilir və ediləcək. Heç bir qüvvəbizi dayandıra bilməz. Heç bir qüvvə Azərbaycan xalqının iradəsiqarşısında duruş gətirə bilməz. Bunu hər kəs bilməlidir. Bizimqabağımızda heç kim dura bilməz. Çıxsın yırtıcı Ermənistan dövlətibizim torpağımızdan. Ondan sonra atəşkəs təmin edilər. Atəşkəs elanolundu, ondan bir gün keçmədi Gəncəni bombaladılar. Özü də haranı?Yaşayış massivlərini. Bu gün də haranı vurdular? Yenə də yaşayışmassivlərini. Nə vaxt vurdular? Gecə saatlarında ki, daha çox insanhəlak olsun.

Bu, insanlığa qarşı cinayətdir. Əgər beynəlxalq birlikErmənistanı törədilmiş cinayətlərə görə məsuliyyətə cəlb etməkistəmirsə, - necə ki, Xocalı soyqırımına görə heç kim onlarıməsuliyyətə cəlb etməyib, - biz özümüz onları məsuliyyətə cəlbedəcəyik. Biz özümüz onların cəzasını verəcəyik, özümüz onlarıcəzalandıracağıq və bizim cəzamız ədalətli cəza olacaqdır. Onlar ənağır cəzaya layiqdirlər. Ermənistanın hərbi-siyasi rəhbərliyicinayətkarlardır və biz bu cinayətkarları cəzalandıracağıq.

"Qarabağ Ermənistandır" deyən Ermənistanın baş naziri, nə oldu,indi demirsən "Qarabağ Ermənistandır". Gəl Füzuliyə, sən oradabizim torpağımızı istismar edirdin. Gəl Cəbrayıla, gəl Hadruta, gəlazad edilmiş başqa yerlərə, de ki, "Qarabağ Ermənistandır".Oturmusan orada - İrəvanda, oradan bəyanatlar verirsən, dünyaliderlərinin zəhləsini tökürsən, adam qalmayıb ki, telefonla zəngetməyəsən.

Niyə demirsən "Qarabağ Ermənistandır". Qorxursan, qorxacaqsan.Bəs, Azərbaycan xalqını təhqir edəndə, "Qarabağ Ermənistandır vənöqtə" deyəndə niyə belə cəsarətli idin? Kimə güvənirdin? Kiməarxalanırdın? Bilmirdinmi ki, gün gələcək bu əməllərə görə cavabverəcəksən. Bu gün gəlibdir və gəlir. Şuşaya Livandan, başqaölkələrdən erməniləri gətirib məskunlaşdırmaq hərbi cinayətdir,Cenevrə Konvensiyasına ziddir. Nümayişkaranə bunu edirlər,televiziyada göstərirlər, necə ki, ermənilər gəliblər bizim qədimtorpağımızda yaşamağa, işləməyə. İndi baxım görüm kim gələcəkŞuşaya məskunlaşmağa. Cəbrayıla yeni yol çəkirdin Ermənistandan. Nəüçün? O bölgəni, Arazboyu bölgəmizi qanunsuz yollarla zəbt edib,ondan sonra orada erməniləri məskunlaşdırmaq üçün? Bizi faktqarşısında qoymaq istəyirdin. Ermənistanda əhali az olduğu üçünxaricdən erməniləri müxtəlif yollarla, o cümlədən onları aldadaraqgətirib orada məskunlaşdırmaq nə məqsədi daşıyırdı? Bizim tarixitorpaqlarımızı əbədi işğal altında saxlamaq, əbədi işğalı təminetmək və bizim torpaqlarımızı erməniləşdirmək məqsədi? Baxın, onlarFüzuliyə hansısa bir eybəcər ad veriblər. Bu ad sizin başınızadəysin. Bu ad cəhənnəmə getsin. Bu ad yoxdur artıq. Madagiz adı dayoxdur - Suqovuşandır. Biz başqa tarixi adlarımızı da bərpaedəcəyik. Şuşaya dırnaqarası qurumun parlamentini köçürürdün bəs.Get köçür, görüm necə köçürəcəksən! O saxta, quldur dəstəbaşçısının "andiçmə mərasimi"nin keçirildiyi yer nə gündə olub.Darmadağın etmişik oranı, darmadağın. Yeddi şərt qoyurdun bizimqarşımızda. Ultimatumla danışırdın. İndi görüm, hansı şərtiqoyursan. Nə oldu bəs? Onun-bunun ətəyindən yapışıb, onun-bununayağının altına yıxılıb imdad diləyirsən ki, Azərbaycanı durdurun.Azərbaycana deyin ki, daha dayansın. Çıx torpağımızdan dayanaq.Rədd ol torpağımızdan dayanaq. Mən bunu demişəm, gizlətmirəm.Azərbaycan xalqı da bunu bilir, beynəlxalq aləm də bunu deyir. Hərgün bunu deyirəm, çıx de ki, sabah mən buradan çıxıram, dayanırıq.Bizə qan tökmək lazım deyil. Bizə torpaq lazımdır. Biz bu torpağıistənilən yolla alacağıq. Hər kəs bunu bilsin. Artıq son günlərintarixi bunu göstərir.

Azərbaycan xalqını təhqir etmək sizə çox baha başa gəlir,Ermənistan rəhbərliyi, çox baha başa gəlir. Ermənistan əhalisi,nəhayət, bu kriminal rejimin başçılarını məsuliyyətə cəlbetməlidir. Artıq Ermənistanda hərbi komissarlıqlarda mitinqlərtəşkil edilir, analar yolları kəsir, qoymurlar ki, uşaqları getsinbaşqa ölkənin torpağında ölsün. Mən də erməni xalqına müraciətetmişdim və bir daha müraciət edirəm: Qoymayın uşaqlarınızı! Nə işivar onların bizim torpağımızda? Öz ölkənizdə yaşayın. Bizim sizinləheç bir işimiz yoxdur. Gedin yaşayın öz ölkənizdə, nə edirsinizedin, amma bizim torpaqdan çıxın. Əminəm ki, erməni xalqı da özcinayətkar xunta rejimi başçılarını məsuliyyətə cəlb edəcək. Bizisə haqq yolundayıq, ədalət yolundayıq. Biz haqlıyıq, biz öztorpağımızda vuruşuruq, öz torpağımızda şəhidlər veririk. Bizimsavaşımız müqəddəs savaşdır!

Biz döyüş meydanında gücümüzü göstərdik, həm düşmənə, həm dəbütün dünyaya. Döyüş meydanında göstərdiyimiz güc və onun mənbəyiAzərbaycan xalqının iradəsidir, Azərbaycan xalqının istedadıdır vəbizim əldə etdiyimiz uğurlardır.

Bir daha demək istəyirəm ki, biz xoşbəxt insanıq, bizim nəslimizxoşbəxtdir ki, bu sevincli günləri görə bilirik. Mən özümü xoşbəxtinsan hesab edirəm ki, bu sevincli xəbərləri doğma xalqımaçatdırıram. Ali Baş Komandan kimi bütün işlərə rəhbərlik edirəm vəAzərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da özfəaliyyətimdə ölkəmizin, xalqımızın milli maraqlarını qorumaq üçünəlimdən gəlini əsirgəməyəcəyəm. Heç bir təhdid, heç bir hədə, heçbir təzyiq mənim iradəmə təsir edə bilməz. Bizim işimiz haqqişidir. Biz öz torpağımızda vuruşuruq, öz ərazi bütövlüyümüzü bərpaedirik.

Yaşasın Azərbaycan Ordusu! Yaşasın Azərbaycan xalqı! QarabağAzərbaycandır!

Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Məqalədə:
Seçilən
153
50
az.trend.az

10Mənbələr