AZ

ABŞ husilərin silah anbarını dağıtdı

Amerika qüvvələri Yəməndə “Ənsar Allah” qiyamçılarına məxsus 5 yeraltı silah anbarına zərbələr endirib.

KONKRET.az xəbər verir ki, anbarlarda husilərin bölgədəki mülki və döyüş gəmilərinə hücum etmək üçün istifadə etdiyi müxtəlif silah komponentləri olub. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının yaydığı bəyanatda hücumdan daha çox bəhs edilir. Bildirilir ki, dinc sakinlər arasında itki yoxdur.

Xatırladaq ki, ötən il Qəzza zolağında qarşıdurma başlayandan husilər fələstinlilərə dəstək məqsədilə Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçən gəmilərə hücumlar təşkil edir. Bu hərəkətlərə cavab olaraq ABŞ hakimiyyəti Qırmızı dənizdə gəmiləri qorumaq üçün beynəlxalq koalisiya yaradıb. Bu müddət ərzində Böyük Britaniya və ABŞ silahlı qüvvələri husilərin Yəməndəki hərbi obyektlərinə bir sıra hücumlar həyata keçirib.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
27
7
konkret.az

10Mənbələr