AZ

Yağış yağacaq, dolu düşəcək

Bakı. Trend:

Oktyabrın 18-də gözlənilən hava şəraiti məlumolub.

Trend xəbər verir ki, bu barədə MilliHidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında buludluhava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Əsasən səhər vəaxşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Günərzində arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 14-16°, gündüz 17-19° olacaq.Atmosfer təzyiqi 756 mm civə sütunundan 761 mm civə sütununayüksələcək. Nisbi rütubət gecə və gündüz 65-75% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağışyağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysanxarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıqrayonlarda qar yağacağı ehtimalı var. Arabir duman. Qərb küləyibəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 11-15°, gündüz 16-19°,dağlarda gecə 3-7°, gündüz 7-11° olacaq.

Seçilən
12
16
az.trend.az

10Mənbələr