AZ

Lütvəli Babayevin biznesmen oğlu Türkiyəyə qaçdı - HƏBSLƏR VAR

14 il icra başçısı işləmiş Lütvəli Babayevin biznesmen oğlu Babəli Babazadəyə qarşı dələduzluq etməkdə ittiham olunan keçmiş baş həkim Aruz Əliyev və onun tanışı Ehtiram Kərimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra Aruz Əliyevin vəkili vəsatətlə çıxış edib. Vəkil bildirib ki, müvəkkilinin həbsdə saxlanılması üçün əsas yoxdur. O, Aruz Əliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini və onun ev dustağı qətimkan tədbiri ilə əvəz olunmasını istəyib. socar vakansiya

Vəkil daha sonra Babəli Babazadənin Fazil Nağıyevlə üzləşmə protokolunun, eləcə də Fazil Nağıyevin şahid qismində dindirilməsi, prokurorluğun sübutlar siyahısına əlavə edilməsi, Fazil Nağıyevin adının şahidlər siyahısına əlavə edilməsi və şahid qismində ifadə verməsi üçün çağırılması barədə vəsatət verib.

Daha sonra Ehtiram Kərimovun vəkili də vəsatətlə çıxış edib. Vəkil bildirib ki, bu ittiham qurama və əsassızdır. O, müvəkkilinin barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyib.

Zərərçəkmiş Babəli Babazadənin vəkili vəsatətlərə etiraz edib. Vəkil bildirib ki, işdə faktlarla bağlı sübutlar var. Onun sözlərinə görə, həm Aruz Əliyevin, həm də Ehtiram Kərimovun səs yazıları mövcuddur.

Ehtiram Kərimov vəkilin çıxışına etiraz edib. Bildirib ki, onun heç bir günahı yoxdur və bir ildir ki, girov saxlanılır.

Dövlət ittihamçısı Fuad Musayev bildirib ki, Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə ittiham verilib: "Amma biz deyə bilmərik ki, şəxslər bu cinayəti törədib, ya törətməyib. Çünki araşdırma aparılır. Lakin araşdırma zamanı məlum olur ki, Ehtiram Kərimov dəfələrlə məhkum olunub. İşdə 20 şahid var, onlar dindirilməlidir. Günah var, ya yoxdur, bu araşdırma tələb edir. Buna görə də hazırkı mərhələdə həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün əsas yoxdur. Əlavə şahidlərin dindirilməsi üçün çağırılması ilə bağlı vəsatət hazırkı mərhələdə baxılmamış saxlanılsın".

Dövlət ittihamçısı cinayət işinin məhkəmə baxışına verilməsi üçün əsasların olduğunu bildirib. İşin məhkəmə baxışına verilməsinə digər tərəflər etiraz etməyib. Daha sonra hakimlər müşavirəyə gedib. Müşavirədən qayıdan hakimlər hazırlıq iclasının qərarını elan ediblər. Qərara görə, vəsatətlər təmin edilməyib. Cinayət işi məhkəmə baxışına verilməsi barədə qərar qəbul edilib. Əlavə şahidin dindirilməsi ilə bağlı vəsatətin baxılması təxirə salınıb.

Məhkəmə baxışı oktyabrın 31-ə təyin olunub.

Qeyd edək ki, Babəli Babazadənin dostu Aruz Əliyev üçüncü şəxslə əlbir olaraq onun əmlaklarını 2 milyon manata sataraq pulunu mənimsəməkdə ittiham olunur.

Məsələ burasındadır ki, bu hadisə baş verməzdən əvvəl B. Babazadənin sahibi olduğu tikinti şirkətinin 1 milyon manat vergi borcu yaranıb. Bununla bağlı ona rəsmi məktub göndərilib və verginin ödənilməli olduğu xatırladılıb. Babəli bu məsələyə görə dostu Aruz Əliyevlə məsləhətləşib, ondan nə edə biləcəyini soruşub.

Aruz Əliyev həkim-cərrahdır. O, bu cinayətin üstü açılana qədər "Uniklinika"nın baş həkimi olub. İddia olunur ki, Aruz külli miqdarda vergi borcu yaranmış Babəliyə ölkədən çıxmasının lazım olduğunu deyib. O, tanışı Ehtiram Kərimovla əlbir olaraq eks-icra başçısının oğlunun Türkiyəyə qaçmasına nail olub. Babəli Türkiyədə yaşadığı müddətdə Bakıdakı əmlaklarını idarə etmək üçün Aruza etibarnamə verib. Aruz əmlakları satışa çıxarıb və dediyinə görə, onun etibarından sui-istifadə edib. Aruz və Ehtiram Babəli Babazadənin əmlakını ümumilikdə 2 milyon manata satıblar. Bundan sonra həmin pulu əmlakların sahibinə vermədən dələduzluq yolu ilə şəxsi mənafelərinə sərf ediblər.

Zərərçəkmiş şəxsin şikayəti əsasında baş həkim Aruz Əliyev və Ehtiram Kərimov polis əməkdaşları tərəfindən tutulub. Onlara dələduzluq maddəsinin ən ağır bəndi ilə ittiham irəli sürülüb və hər ikisi haqqında həbs qərarı verilib.

İstintaq dövründə keçmiş icra başçısı Lütvəli Babayev də dindirilib. O, cinayət işi üzrə şahid qismində tanınıb.

Təqsirləndirilən şəxslər isə ittihamları qəbul etmirlər. Onlar bildirirlər ki, zərərçəkmiş əmlaklarını könüllü satdırıb, pulunu da Türkiyədə xərcləyib. İttiham olunan tərəfin iddiasına görə, Babəli ailəsinin əmlakını satıb xərclədikdən sonra vəziyyətdən çıxmaq məqsədilə dostundan istifadə edib. Digər məlumata görə, Babəli Türkiyəyə qaçmazdan əvvəl xırda xuliqanlığa görə 15 gün həbsdə qalıb. Buraxıldıqdan dərhal sonra isə ölkədən gedib.

Xatırladaq ki, Lütvəli Babayev 2005-2007-ci illərdə Mingəçevirdə, 2007-2019-cu illərdə isə Zərdabda icra başçısı işləyib.

Qeyd edək ki, iki il əvvəl bu iş üzrə zərərçəkmiş Babəli Babazadənin Azərbaycandakı biznesini Rusiyaya köçürməsi barədə mediada məlumat yayılıb. Mətbuatdakı xəbərlərə görə, o, Moskvada "Liqa-Stroy" Məhdud Məsuliyyətli Cəmiyyətini (OOO LİQA-STROY) təsis edib.


Telegram kanalımız
Seçilən
255
6
yenisabah.az

10Mənbələr