“Ukrayna Prezidentinin “sülh planı” Rusiya ilə NATO arasında birbaşa toqquşma riski yaradır”.
Bizim.Media əbər verir ki, bu açıqlama ilə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov çıxış edib.
““Planın” əsas incəlikləri ondan ibarətdir ki, Zelenski NATO-nun Ukrayna münaqişəsində birbaşa iştirakını rəsmiləşdirmək istəyir. Ən azından deyilənlərin mahiyyəti budur.
Bu plan dünya ictimaiyyətinə çağırış edir ki, “bəli, uşaqlar, siz əvvəllər iştirak edirdiniz, amma qeyri-rəsmi, amma indi bunu rəsmi şəkildə edək, NATO burada olsun”. Bu, onun vəziyyətində ehtiyatsızlıq, məntiqsizlikdir”, - Peskov bildirib.
Bizim.Media